Bakının bu qəsəbəsində tıxaca görə hamı evini satır

03 iyun, 2024 14:59

Paytaxta yaxın olması səbəbindən urbanizasiya prosesində ilk yerlərdə qərarlaşan Masazır qəsəbəsində həyət evlərinin qiymətində ucuzlaşma müşahidə olunur. Daha dəqiq desək, elan saytlarının çoxunda təklif olunan ənənəvi qiymətlərindən olduqca ucuz, təxminən 10-15 min manat aşağı evlərə rast gəlmək mümkündür. 

Səbəbi araşdırmaq üçün təklif olunan bir neçə elanla əlaqə saxlasaq da, cavablar müxtəlif oldu. Bəziləri qəsəbədə uzun müddətdir problemlə çevirilən tıxacları əsas göstərsə də, bir çoxları evlərin sənədləşmə və “makler üsulu” olmasını qeyd etdi. 

Mövzu ilə bağlı yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə başlıca səbəb kimi, hazırda həmin qəsəbədə rəqabət mühitinin olduqca böyük olmasını göstərdi:

“Əslində, vaxtilə həmin əraziyə həddən artıq tələbat vardı. Şəhərə yaxınlığı və əmlakların nisbətən ucuz olması səbəbindən Masazıra kütləvi axın oldu. İşbazlar isə vaxtilə ucuz aldıqları torpaqlarda evlər tikərək satmağa başladılar. Bu proses təxminən 10 il qabaq başlamışdı. Hazırda həmin qəsəbədə ev satanların arasında rəqabət yetərincə yüksəkdir. Eyni zamanda sənədsiz və ya sənədləri natamam olan evlər də həddən artıq çoxdur. Amma rəqabət olan yerdə hər zaman endirim də labüd olur. Düzdü, evlərin kütləvi və ucuz təqdim olunmasında nəqliyyatın sıxlığının da rolu var. Çünki əhali sıxlaşdıqca günün pik saatlarında Masazıra girmək müşkülə çevrilir”. 

Ekspertin fikrincə, Masazır kommunikasiya və infrastruktur baxımından ən əlverişli qəsəbələrdəndir: 

“Ancaq kommunikasiya, yerləşmə və ticarət infrastrukturu baxımından olduqca əlverişlidir. Digər tərəfdən, bu qəsəbədə Xırdalandan fərqli olaraq, paytaxtdan köçənlərin deyil, rayonlardan işləmək üçün Bakıya gələnlərin çoxluq təşkil etdiyini deyə bilərik. Yəni tutaq ki, Bakının mərkəzindən baha qiymətə mənzil almaq yerinə, Masazır kimi şəhərə yaxın qəsəbələrdən ev almaq daha sərfəli hesab olunur. Bu isə evlərin və əmlakların daha ucuz təklif olunmasına gətirib çıxarır”. 

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"