Xəzər TV Xoşqədəm Hidayətqızı ilə bağlı açıqlama yaydı

02 noyabr, 2020 18:10

Xəzər TV sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızının adından yayılan fikirlərlə bağlı açıqlama yayıb.

Azsiyasət.com xəbər verir ki, son günlər aparıcı Xoşqədəm Baxşəliyevaya qarşı sosial mediada və bəzi xəbər saytlarında qarayaxma kampaniyaları aparılmaqdadır:

“Belə ki, 30.10.2020-ci il tarixində yayımlanan "Atəş xətti" verilişində X.Baxşəliyevanın Azərbaycanda mövcud olan milli azlıqlarla bağlı ayrı-seçkilik salması iddia olunub. 

Məlumat üçün bildirmək istərdik ki, "Xəzər TV"nin Efirə Nəzarət Qrupu mütəmadi olaraq yayımı nəzarətdə saxlayır və müvafiq tədbirlər görür. Lakin səslənən iddialar nəzərə alınaraq "Xəzər TV"nin Efirə Nəzarət Qrupu qeyd olunan yayımla bağlı yenidən araşdırma aparıb. Araşdırma zamanı X.Baxşəliyevanın fikirlərinin təhrif olunduğu, ona qarşı yönələn iddiaların əsassız olduğu məlum olub.

Belə ki, qeyd olunan iddialar heç bir real fakta, görüntüyə əsaslanmayan uydurmalardır. Bundan əlavə qeyd etmək istərdik ki, yayımlanan bütün verilişlər video platformalar üzərində tam olaraq yerləşdirilir. İzləyicilər özləri də həmin platformalara daxil olaraq yayımlanan verilişləri təkrar, heç bir montaj və müdaxilə olmadan izləyə bilərlər.

"Xəzər Media Holdinq" olaraq bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən möhtəşəm qələbələr yaşadığımız bir dövrdə milli birliyimizə kölgə salmaq məqsədilə səsləndirilən bu iddialar təxribat xarakteri daşıyır. Bu səbəbdən də izləyicilərimizi həm də informasiya müharibəsində olduğumuz dövrdə maksimum diqqətli olmağa, sosial şəbəkə platformalarında bu cür əsassız məlumatları paylaşmamağa çağırırıq”.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR