Azərbaycan, Gürcüstan və Ermənistan nə qədər üzüm istehsal edib? - MÜQAYİSƏ
10 iyun, 2024 11:20
Gürcüstan dünyanın ən böyük üzüm istehsalçıları reytinqində 32-ci yerdə qərarlaşıb.
Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatında deyilir.
Məlumata görə, 2022-ci ildə ölkədə 287,3 min ton üzüm istehsal edilib. Qeyd olunub ki, bu, Ermənistan (226 min) və Azərbaycandan (213 min) çoxdur, lakin Türkiyə (4,2 milyon) və Rusiyadan (890 min) azdır.
Ən böyük 3 üzüm istehsalçısı isə bu ölkələrdir:
Çin - 12,7 milyon ton;
İtaliya - 8,4 milyon ton;
Fransa - 6,2 milyon ton.