Deputatın qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq?

12 iyun, 2024 12:23

“Qaldırdığım məsələlər öz həllini tapmır. Əgər millət vəkilinin qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu məsələni qaldırmalıyıq? Müharibə veteranlarına verilən 80 manat müavinətdən danışmaq istərdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi millət vəkillərinin qaldırdığı məsələyə belə prinsip qoyaraq 80 manatı dəyişmək istəmir. Burada məqsəd nədən ibarətdir?!”

Bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. 

Millət vəkili bildirib ki, 182 minə yaxın müharibə veteranı var: “Demirik ki, həmin müavinəti bu dəqiqə 300-345 manat edin. 20 və ya 40 manat artırın. İnsanlar bilsin ki, bu məsələ öz həllini tapır. Amma prinsipial mövqe göstərirsiniz ki, yox, bu həll olunmur. İyirmi manat artırsanız, ayda haradasa 3,5-4 milyon, 40 manat artırsanız 7-8 milyon vəsait lazımdır. Bunu tapmaq mümkün deyil? Ona görə də məsələlərə toxunmuruq ki, öz həllini tapmır. Məsələ həll olunsa, o barədə danışarıq. Ən çox şikayət etdiyim sahə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Ayda 30-a yaxın məktub göndərirəm. Bu gün də birini verdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi yalnız pensiyaçıların sayını azaltmaq deyil. İlbəil sosial pensiya alanların sayı azalır. Biz bu məsələni qaldırırıqsa, münasibət bildirilməli və bu, öz həllini tapmalıdır. İnsanlarla millət vəkilləri işləyir. Xahiş edirəm ki, 80 manat məsələsi ilə bağlı istər Maliyyə Nazirliyi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsbət addım atsınlar. İnsanlara bununla bağlı cavab verə bilmirik”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR