Kərbəla şəhərində "Tarixdə şəxsiyyətin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR

16 iyun, 2024 14:06

İyunun 15-i müqəddəs Kərbəla şəhərində "Tarixdə şəxsiyyətin rolu" mövzusunda konfrans keçirilib. İmam Hüseyn məqbərəsinin konfrans zalında keçirilən tədbirin təşkilatçısı Mənəvi Dünya Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyi idi.

Azərbaycanlı və digər zəvvarlarla yanaşı tədbirə ölkəmizin və İraqın ictimaiyyət nümayəndələri, habelə şəhid valideyinləri və Vətən müharibəsi qazilər də konfrasda iştirak ediblər.

Tədbiri açan Mənəvi Dünya İB-nin sədr müavini Samir Pənahov müasir dünyada qəhrəmanların rolu haqda söz açıb:

"Bu gün insanlıq hər zamankından daha çox qəhrəmanlara ehtiyaclıdır. Simasızlaşan, şəxsiyyətsizləşən cəmiyyətə çevirilməmək üçün mütləq qəhrəmanları yaşatmalı və anmalıyıq".

O, qəhrəmanların ilham mənbəyi olduğunu bildirərək şəhidlərimizi örnək olaraq göstərib. 

Daha sonra Qarabağ qələbəsində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti haqda çarx nümayiş etdirilib.

Tədbirdə Mənəvi Dünya İB-nin mərhum sədri Hacı Şahin Həsənlinin fəaliyyəti barədə də söz açılıb. Bildirilib ki, Kərbəla şəhərində şəhidlərin anılması ənənəsinin əsasını məhz o qoyub. Onun vaxtı ilə imamı olduğu məsciddən 20 şəhid və 50-yə yaxın qazi çıxıb. Onun sözlərinə görə, Qurtuluş günü qeyd edən Azərbaycan xalqı da milli-mənəvi dəyərlər ətrafında birləşərək, tariximizdə milli birliyə əsaslanan yeni səhifə açdı.

Şəhid ailələri adından çıxış edən şəhid Orxan Quluzadənin anası Fatma xanım Azərbaycan əsgərinin igidliyindən söz açıb. Onun sözlərinə görə, Allah sevgisi ilə tərbiyə alan oğullar döyüş meydanında qəhrəmanlıq göstərərək 30 illik işğala son qoyublar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR