Müğənni Manaf və biznesmen "Pokrov Məhərrəm" mediaya qarşı belə meydan oxuyur - Mədəni "killer" üsulu…

19 iyun, 2024 13:10

Ölkədə açıq şəkildə kibercinayətlə məşğul olan bir dəstə fəaliyyət göstərir. Ən maraqlısı budur ki, bu dəstənin üzvləri arasında tanınmış müğənnilər, iş adamları və İT sahəsi ilə məşğul olan proqramçılar var.

Nə qədər təəccüblü olsa da, bu dəstə heç kimdən çəkinmədən, yaratdıqları qruplaşmadakı şəxslərin imkanları vasitəsilə: jurnalistlərə, xəbər saytlarına öz şərtlərini diqtə edirlər.

Xoşlarına gəlməyən tənqidi videoları və yazıları şikayət etmək adı ilə saytlardan və sosial şəbəkə hesablarından sildirirlər, hətta yeri gələndə kanalları belə bağladırlar.

Şəxsən mənim başıma belə bir iş gəlib, bir aydır ki, bu qruplaşma ilə mübarizə aparıram, faydası yoxdur. Elə bu səbəbdən də, mövzunu içtimailəşdirmək, əlaqədar rəsmi qurumların diqqətini bu məsələyə yönəltmək qərarına gəldim.

Təxminən bir ay bundan əvvəl, MTV adlı televiziya kanalında Tarix Əliyevin (Tolik) aparıcısı olduğu verilişdə belə bir məlumat səsləndi ki, Rusiyada tanınmış iş adamlarından olan - “Pokrov Məhərrəm” kimi tanınan Məhərrəm Quliyev müğənni Manaf Ağayevin doğum günü şənliyində əməkdar artist Vasif Məhərrəmli ilə dava edib.

Həmin ad günü “partisi” Manaf Ağayevin Novxanıdakı bağ evində keçirilib. Belə məlumat verildi ki, dava müğənni Mətanət Əsədovanın üstündə düşüb. Bu xəbəri bir çox saytlar kimi biz də tirajladıq.

Sonra gördüm ki, xəbər saytlardan silinib. Bizim “yotube” və “tik-tok” kanallarımızda həmin xəbərə kütləvi baxış oldu. Ümumi baxış sayı milyonları keçdi.

Bir çox tanınmış və nüfuzlu adamlar vasitəsilə məndən məlumatın silinməsi xahiş olundu və əvəzinfə istənilən hörməti edə biləcəklərini dedilər. Həmin adamlar mənim “Pokrov Məhərrəm”lə telefon danışığımı da təşkil etdilər.

Ozünə də izah etdim ki, yayılan informasiya başqa kanallara istinadən verilib və şəxsinə qarşı heç bir qərəzim yoxdur. Məhərrəm xeyriyyəçi olduğunu bildirdi, məscid tikdirdiyini, kimsəsizlərə yardım etdiyini mənə xatırlatdı.

Dedim ki, xeyriyyəçilik etdiyinə dair videoları göndərsin, onları da paylaşaq. Razılaşmadı, israrlı tələbi bu oldu ki, videolar silinsin.

Təbii ki, onun təklifini geri çevirdim. Sonra arada olan adamlar hədə tonu ilə bildirdilər ki, onda “Pokrov Məhərrəm” deyir ki, nə qədər lazımdırsa, pul buraxıb, həmin məlumatların getdiyi hesabları dağıtdıracaq.

Bunu deyən adama bildirdim ki, Məhərrəm belə addım atarsa, cinayətə yol vermiş olar. Çünki bu, killer tutub məni öldürməyə bərabər bir addımdır. Nə fərqi var, ya məni öldütdür, ya da min bir əziyyət hesabına ərsəyə gətirdiyim kanalları dağıt…

Qeyd edim ki, “Pokrov Məhərrəm” Rusiyadan 5 illik deport edilib, bu səbəbdən də Azərbaycanda yaşayır. Bu adam şou biznes nümayəndələri arasında görünməyi əsl hobbisinə çevirib.

Üstündən bir gün keçdi, baxdım ki, “yotube” kanalımızda yerləşdirilən həmin videodan şikayət edilib. Maraqlandım və gördüm ki, şikayəti edən Xalid adlı bir adamdır. Tapıb onunla əlaqə saxladım, mənə açıq dedi ki, o, proqramçıdır və ödəniş müqabilində belə işləri görür. Mənə dedi ki, belə şikayət verməkdə qanunsuz nəsə yoxdur.

Ona izah etdim ki, mediada gedən materialları bu üsulla saytdan sildirmirlər. Bunun üçün Məhkəmələr var. Kim narazıdırsa, gedib ora müraciət etsin və sənin bu işlərə müdaxilən kibercinayət sayılır. Dediklərimi anlayışla qarşılayıb, şikayətini geri çəkdi.

Amma sonra ard-arda iki şikayət Manaf Ağayevin, bir şikayət isə Məhərrəm Quliyevin (“Pokrov”) adından edildi. Şikayətlərə zamanında cavab vermədiyimiz üçün “yotube” kanalımız bağlandı.

İşə jurnalist həmkarımız Məhəmməd Türkmən qarışdı və Xalid şikayəti geri çəkdiyi üçün kanalımızı aça bildik. Ancaq iki şikayət geri çəkilməlidir ki, gələcəkdə kanalımızın bağlanma risqi aradan qaldırılsın.

Adından şikayət edilən Manaf Ağayevlə əlaqə saxladım. Bu işlərdən xəbəri olmadığını dedi. Təklif etdim ki, şəxsiyyət vəsiqəsilə birlikdə video çəkib, həmin görüntünü “yotube”a göndərək ki, bizdən şikayəti olmadığı təsdiqlənsin. Görüşüb, bunu etdik. Hətta birlikdə bu görüşə dair video da paylaşdıq.

Ən maraqlısı bundan sonra oldu. Həmin görüşdən yarım saat sonra Manaf Ağayev məni yığıb dedi ki, “Pokrov”la danışıb, mən “tik-tok”da 800 min baxışı olan videonu silsəm, Məhərrəm iki şikayəti də geri çəkə bilər.

Manaf Ağayevdən soruşdum ki, bəs deyirdin Məhərrəmin bu işlərdə əli yoxdur… Manaf cavab verdi ki, Məhərrəmə hörməti olan dostları bunu edib, xahiş etsə, onu eşidəcəklər. Manafın bu təklifindən sonra tam əmin oldum ki, mənim kanalımı bağladan məhz bu şəbəkədir.

İş burasındadır ki, bu şəbəkə xarici şirkət vasitəsilə Azinforum.az saytından da şikayətlər edib. Saytın fəaliyyətini iflic ediblər. Saytdan edilən şikayətlər də birbaşa Məhərrəm Quliyevin adından olunub. Bütün bunları təsdiq edən sənədləri şərh bölümündə paylaşıram.

Bunun bir adı var, dövlətin qanunlarına meydan oxumaq. Hesab edirəm ki, əlaqədar qurumlar mütləq mənada bu cür pullu adamlara proqramistlik adı ilə “killerlik” fəaliyyəti göstərən çevrəni müəyyənləşdirib, məsuliyyətə cəlb etməlidir.

Bunlar bir toyu 10-15 min manata oxuyub, heç vergisini də ödəmirlər. İndi də bu pullarla da gəlib ölkənin informasiya təhlükəsizliyinə açıq təhdid yaradırlar. Əgər belə bacarıqları varsa, onda niyə xaricdən ölkəmizə söyüş yağdıran kanalları bağlatmırlar?

Əminəm ki, əlaqədar qurumlar bu qruplaşma barədə lazımi ölçünü götürəcək. Çünki bunların qarşısı alınmasa, daha ciddi fəsadlara yol açan addımların şahidi ola bilərik…

Məhəmmədəli QƏRİBLİ,

Azinforum.az

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR