Akademik oğru! - Məhərrəmov Nabranda yeni istirahət mərkəzi tikir

24 iyun, 2024 12:34

Bu günlərdə oxudum ki, rusiyalı və amerikalı iki kimyaçı alim “sülhün kimyəvi formulu”nu axtarır. Praktiki elmin iddiasına bax, sülhün kimyəvi formulu! Bu, necə mümkün olacaq, özləri bilər.

Amma bu gün məlumat əldə etdim ki, bizim kimyagər Abel Məhərrəmov hazırda Nabranda, çox böyük bir ərazidə istirahət mərkəzi tikir.

Öz-özümə sual etdim, axı Məhərrəmovun Nabranda 200 hektar ərazidə “El Faro” adlı istirahət mərkəzi var, yenisi nəyinə lazımdır? Pul çoxdur, lap çoxdur, 19 il ərzində Bakı Dövlət Universitetini maddi və mənəvi təcavüzün ştatlı yataqxanasına çevirən kimyagər Məhərrəmov başqa nə etməlidir ki!?

Məsələ bundadır ki, A.Məhərrəmov bu qədər pulu Azərbaycan təhsilinin talanması hesabına əldə edib, BDU-nu talayıb, elmə kələk gəlib, ermənilərin Qarabağa münasibəti necə olubsa, onun da təhsil müəssisəsinə münasibəti eyni cür olub. 2018-ci ildə BDU-nun rektoru vəzifəsindən azad edilən Məhərrəmov hər il nəsə tikir, bu tikdiklərinin içərisində bir dənə də olsun təhsil ocağı yoxdur, qızının əsas gəlir mənbəyinə çevirdiyi “Qlobus” uşaq bağçasından başqa! Orada da bir uşaq üçün aylıq 500 manat pul tələb olunur. Adam sırf pul qazanır. Qızlarının birinin adına Nabranda istirahət mərkəzi, digərinin adına bağça, oğlu Anar Məhərrəmov da Estoniyada səfir! Şərab alverçisi! Özü də “İzabella” və “Mona Liza” şadlıq saraylarını idarə edir. Bu iki restoranın qiyməti 50 milyon manatdır. Alim acından ölməməlidir, amma alim bu qədər də acgöz olmamalıdır. Alimə, elmə bax, a kişi!

Azərbaycan xalqının başına gələn bütün fəlakətlərin kökündə təhsildəki rüşvət və korrupsiya dayanır. Təsadüfi deyil ki, bu gün ölkədə cinayətkarlıq, narkomaniya ən pik həddə çatıb və bu neqativ hal həndəsi silsilə ilə artmaqdadır.

Əsas odur ki, A.Məhərrrəmovun hazırda Nabranda tikdirdiyi yeni istirahət mərkəzində də “nikah kağızı” tələb olunmayacaq.

Heç kəs A.Məhərrəmovun əlindəkiləri alıb büdcəyə qaytarmır. Təəssüf ki, ölkədə hər kəsin başı öz vəzifəsini, biznesini qorumağa və pul qazanmağa qarışıb. Buna görə də Məhərrəmovun oğurladıqlarını əlindən almaq müşkül məsələdir, Qarabağı ermənilərdən almaq qədər müşkül… Restoranlarının, obyektlərinin hər birinə bir şəhər - Vətən kimi yanaşan bu adamdan oğurladıqlarını, işğal etdiklərini almaqmı olar?

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR