Silahlı Qüvvələr gününə həsr olunmuş Açıq Bakı Turniri keçirildi - FOTOLAR

24 iyun, 2024 18:03

Silahlı Qüvvələr gününə həsr olunmuş Braziliya Ciu-Citsu üzrə Açıq Bakı turniri keçirilib.

"Azsiyaset" xəbər verir ki, bu gün Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə 200-dən çox idmançının yer aldığı Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş Açıq Bakı Turniri keçirilib.

Azərbaycan Respublikasının və Braziliya Federativ Respublikasının dövlət himnlərinin səsləndirilməsilə start götürən turnirdə İctimai Birliyin prezidenti Aqil Acalov açılış nitqilə qonaqları salamlayıb. O, çıxışında günün önəmi ilə bağlı qısa məlumat verməklə yanaşı, fəaliyyətləri boyu əsas qayələrinin vətənpərvərliyin təbliği olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təsisçisi, Azərbaycanda Braziliya Ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənov söz alaraq qonaqları salamlayıb və bütün iştirakçılara uğurlar arzulayıb. İctimai Birliyin sədri Fuad Kərimov isə nitqi zamanı bu idman növünün perspektivlərindən danışıb.

Sonda Kərimov sözü Braziliyanın Azərbaycandakı səfiri Manuel Montenegroya verib. Səfir çıxışında bu idman növünün Azərbaycan və Braziliya arasında ortaq dəyərlərin formalaşdırmasındakı rolunu önəmli sataraq ölkələrarası münasibətlərin hərtərəfli və sıx olmasından məmnunluğunu dilə gətirib. Qeyd edək ki, müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə idmançıların yer aldığı turnirin sonunda qaliblər müvafiq nominasiyalar üzrə diplom və medallarla təltif olunub.

01 oktyabr

15:55 - "Sülh sazişinin razılaşdırılmış bəndlərini imzalamağa hazırıq" - Alen Simonyan 15:53 - "Atam heç vaxt Xameneiyə qarşı çıxmaz" - Pezeşkianın oğlu atasını tənqid edənlərə səslənib15:51 - Azərbaycanın Rusiyadakı yeni səfiri kimdir?

30 sentyabr

13:10 - Makronun adamları Bakıda istintaqa cəlb olunub - Şok detallar13:07 - "Hizbullah" lideri harada dəfn olunacaq?13:06 - İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı

23 sentyabr

14:11 - "Bəzi Qərb dövlətlərinin planları göz qabağındadır" - İlham Əliyev 14:10 - Gələn il maaş və pensiyalar artırılacaq - Prezidentdən göstəriş

20 sentyabr

11:53 - "Veysəloğlu" "Yaşıl iqtisadiyyat"a öz töhfəsini verməkdə davam edir - FOTO11:51 - Azərbaycan 3 milyard borc alır - SƏBƏBLƏR11:46 - Nazirlik bir ədəd şagird partasının təmirinə 106 manat xərcləyəcək11:44 - Prezident Qarabağ Universitetinin açılışını etdi

18 sentyabr

17:54 - Nazim İmanovun iqtisadçılar komadəndası "Veysəloğlu"da olublar - FOTOLAR13:55 - "Azərbaycanın möhkəm və ədalətli sülhə doğru qətiyyətli addım atmaq imkanı var" - Tomas Şteli13:53 - Minimum əməkhaqqı artırılmalıdır - İqtisadçı13:50 - Ermənistanda hərbi çevriliş hazırlanırmış - Təfərrüat

16 sentyabr

16:03 - Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi - FOTOLAR15:30 - "Veysəloğlu"nun ali təhsilə dəstək layihələrindən 150 şəxs faydalanır15:26 - Kritik həddə çatan problemli kreditlər - Banklar depozit faizlərini artırdı15:24 - Azərbaycan Rusiyaya nota verdi

13 sentyabr

10:21 - Qərblə Rusiya arasında müharibə başlayır? - Putindən xəbərdarlıq10:16 - Azərbaycana ən çox bu ölkələrdən pul göndərilir - SİYAHI

06 sentyabr

11:09 - Ermənistanda rus dili davası - Tədris sistemindən çıxarılır 11:07 - Bu ərazilər də Azərbaycana qaytarılacaq...11:04 - Azərbaycanın düşməni İrəvana gəlir

04 sentyabr

11:39 - Monqolustan hökuməti - "Əllərimiz bağlıdır"11:35 - Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil verildi11:32 - Misirin prezidenti Türkiyəyə gəlir - 12 il sonra

03 sentyabr

12:05 - 4300 Qarabağ ermənisi vətəndaşlıq üçün müraciət etdi12:00 - Rusiyada bu ölkələrin şirkətləri milyardlar qazanır - SİYAHI