Ermənistanda rus dili davası - Tədris sistemindən çıxarılır

06 sentyabr, 2024 11:09

Ermənistanın təhsil sistemində rus dili məcburi keçirilirdi. Bu ildən başlayaraq isə erməni məktəblərində dəyişikliklər edilir. Rus dilinin tədrisi sistemli şəkildə azaldılır. 

Bu barədə "Sputnik Armeniya"ya yazıb. 

Saytda dərc olunan materialda bildirilir ki, Ermənistanda 2024-2025-ci tədris ilindən məktəblər üçün yeni dövlət təhsil standartları qüvvəyə minib. Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məktəblərə göndərdiyi sirkulyara görə, təhsil müəssisələrinin bir sıra sinifləri üçün rus dili əsas (məcburi) statusundan xarici dil statusuna keçib. Eyni zamanda hər bir xarici dil üçün həftədə 2 saat vaxt ayrılır. 

Məktəb direktorları bu vəziyyətə birmənalı münasibət göstərməyiblər və saatları xarici dillər arasında “köhnə üslubda” bölüşdürüblər. Qeyd edək ki, onların dilin tədrisi üçün ayrılmış saatları müstəqil şəkildə bölüşdürmək və hansına üstünlük verəcəyinə qərar vermək hüququ var. 

Məlumatda bildirilir ki, bir sıra rusiyalı mütəxəssislər sirkulyardakı “redaktələrdən” narahatdırlar. Hesab edirlər ki, bu il olmasa, növbəti illərdə rus dilinə ayrılan saatlar azaldılacaq və məktəb proqramından tamamilə çıxarılacaq. 

Təhsil eksperti Serob Xaçatryan isə qeyd edib ki, o, dillə bağlı heç bir problem görmür. "Sputnik Ermənistan"la söhbətində o vurğulayıb ki, kurrikulumda fənnin adının dəyişdirilməsi məktəblərdə tədris proqramından “Rus dili” fənninin çıxarılması demək deyil. 

Ekspert deyib ki, dövlət standartı kurikulumdan yüksəkdir və ona görə “Rus dili” tədris fənni məcburidir. 

Bununla belə, rus dilinin kurikulumda baza dil statusunun dəyişdirilməsi məktəblərə fənnin tədrisi saatlarını özləri bölüşdürməyə imkan verəcək. Əgər ümumtəhsil müəssisəsi konkret dil üzrə yüksək ixtisaslaşmaya qərar verirsə, o zaman onun tədris planına uyğun olaraq konkret dilin tədris saatlarını bölüşdürmək hüququ var. Lakin burada da rus dilinin tədrisi üçün minimum saatlar saxlanılmalıdır. 

Qeyd edək ki, Ermənistanda məktəblər həmçinin nəyə daha çox vaxt ayıracağına qərar vermək hüququna malikdir, bu təbiət elmləri də ola bilər, xarici dillər də. 

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!