ETSN və BŞİH arasında "yaşıl savaş" - Təkcə bir müəssisədən hər il 1 milyon oğurlanır

26 iyun, 2024 13:44

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinin əsas vəzifəsi Bakı və Abşeronda yaşıllığın inkişaf etdirmək, yeni parklar salmaq, bağlar, bağçalar, istirahət sahələri, zeytun plantasiyaları salmaq, onları qorumaq və onlara ziyan vuran fiziki və hüquqi şəxslər haqqında öz səlahiyyətləri çərçivəsində tədbirlər görülməsini həyata keçirməkdir.

Eyni vəzifə, daha konkret desək, yaşıllılqarın qorunması, inkişaf etdirilməsi və s. həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının səlahiyyət dairəsinə aiddir.

Amma məsələ bu qədər sadə və bəsit deyil!

Yaşıllıqların inkişaf etdirilməsinə milyonlarla pul ayrılır. ETSN və BŞİH arasında uzun müddətdir davam edən “yaşıl savaş”ın da əsl səbəbi məhz bu amildir - pul! Təsadüfi deyil ki, ETSN naziri Muxtar Babayev Yaşıllaşdırma Təsərrüfat Birliyinin nazirliyə verilməsi üçün ciddi səylər göstərir. Eləcə də BŞİH başçısı Eldar Əzizov ən gəlirli qurumlardan birini itirmə istəmir. Qısası, biri daha çox qazanmaq, digəri isə qazancını itirməmək üçün çalışır.

Bəs, Yaşıllaşdırma Təsərrüfat Birliyində hansı həcmdə pul dövr edir?

“Azsiyaset”in redaksiyasına olduqca ciddi məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Yaşıllaşdırma Təsərrüfat Birliyinin ümumilikdə 1580 əməkdaşı var və işçi sayının çoxluq təşkil etməsi bu qurumun “kadr məsələləri”ndən külli miqdarda pul qazanmaq imkanlarını da artırır. 2023-cü ildə 70 yaşlı Mirdaməd Seyidov Yaşıllaşdırma Təsərrüfat Birliyinin Baş direktoru vəzifəsinə təyinat almasından sonra qurumun maxinasiya imkanlarının arealı da genişlənib. 1954-cü il təvəllüdlü ahıl qocanın Təsərrüfat Birliyinə rəhbər gətirilməsinin şifrələri indi-indi açılmaqdadır. Əldə olunan məlumatlarda göstərilir ki, M.Seyidov Yaşıllaşdırma Təsərrüfat Birliyinə fəhlə düzəlmək üçün konkret məbləğ də müəyyən edib - 5 min manat! Amma bu o demək deyil ki, sən bu pulu istənilən adama versən, orada işləyə bilərsən. Xeyr! Baş direktorun bu işə nəzarət edən “makler”ləri fəaliyyət göstərir.

Gəlirik əsas məsələyə...

Yaşıllaşdırma Təsərrüfat Birliyinə 5 müəssisə daxildir: “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir Tikinti Müəssisəsi, Bitkilərin Mühafizəsi Stansiyası, Ağac Bəzək Bitkiləri Sovxozu, Avtonəqliyyat idarəsi, Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsi.

“Azsiyaset”ə daxil olan məlumata görə, təkcə Su Quyularının İstismarı və Təmiri Xidməti İdarəsinin illik büdcəsi 1 milyon manatdır. Amma məsələ bundadır ki, bu 1 milyon manat “yeni quyuların təmiri” adı altında talan edilir. Sovet dövründən qalma quyular sadəcə kosmetik şəkildə təmir edilir, quyuların üzərinə rəngli boya çəkilir və ətrafında təmizlik işləri aparılır və bununla da hər dəfə 30, 50, 60 min manat pul silinir. Hesabat sənədlərində isə “əsaslı təmir” kimi göstərib büdcəni talamaqla məşğuldurlar.

Bundan başqa... Hər kəsə bəllidir ki, Yaşıllaşdırma Təsərrüfat Birliyinin əsas gəlir mənbələrindən biri kəsilən ağaclara görə hüquqi şəxslərdən alınan külli miqdarda pullardır. Məlumdur ki, hazırda Bakının ən böyük problemlərindən biri yaşıllıqların məhv edilməsidir. Bu yaşıllıqları qorumaq isə Yaşıllaşdırma Təsərrüfat Birliyinin əsas vəzifəsidir. Ancaq bu qurum yaşıllıqları məhv edərək yerində göydələnlər tikən sahibkarlarla “sövdələşmə”yə daha çox üstünlük verir. Bütün sahinkalarların isə Yaşıllaşdırma Təsərrüfat Birliyində siyahısı var, bu “sövdələşmə” “korusel” üsulu ilə tez-tez yenilənir.

Yaşıllaşdırma Təsərrüfat Birliyinin Baş direktoru Mirdaməd Seyidovun saysız-hesabsız mülklərə sahib olması məmur maaşı ilə əldə olunan sərvətlər deyil. Onun hər ay 100 min manat qazandığı (daha doğrusu, büdcədən oğurladığı) bildirilir.

Yaşıllaşdırma Təsərrüfat Birliyi büdcəni daha hansı üsullarla talayır? - Növbəti yazıda...

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Təvəkkül Əzizov, "Azsiyaset" 

 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR