UEFA, yoxsa mafiya - Avropanın türk düşmənçiliyi…

05 iyul, 2024 18:25

Avropa üzrə futbol çempionatı Azərbaycanda, həm də bütün türk dünyasında məhz qardaş Türkiyənin iştirakına görə maraqla izlənilir. Çünki Türkiyə komandası təkcə öz ölkələrini deyil, bütün türk dünyasını təmsil edir. Bura İslam dünyasını da əlavə etsək, Türkiyənin təmsilçilik coğrafiyası daha da genişlənir. Əminliklə deyə bilərik ki, bütün Türk və İslam dünyası Türkiyənin qələbəsi naminə bu çempionata azarkeşlik edir. 

​​​​​​​Türkiyənin 1/8 finalda Avstriya ilə qarşılaşması çempionatın ən dramatik oyunu hesab edilə bilər. Çünki favorit Avstriya hesab olunurdu, çempionatdan öncə bu ölkənin komandası Türkiyə millisini böyük hesabla məğlub etmişdi. Lakin oyun “futbolda son dəqiqəyə qədər heç nəyi dəqiq demək mümkün deyil” deyimini təsdiq etdi və qardaş Türkiyənin millisi tarixi qələbə qazandı. Oyunda Türkiyə millisinin əzmkarlığı, sona qədər döyüşməsi xüsusilə seçilirdi. 

Bununla yanaşı, stoper olan Merih Demiralın dubl etməsi diqqət çəkdi. Adətən böyük çempionatlarda stoperlərin qol vurması, hətta dubl etməsi nadir hallarda baş verir. Demiral bunu edərək, adını futbol tarixinə yazdırdı, həm də komandasına qələbə qazandırdı.

Oyundan sonra əsas müzakirə mövzusu Demiralın qol vurduqdan sonra sevincini “Bozqurt” işarəsi ilə qeyd etməsi idi. Avstriyada hələ 2019-cu ildə “Bozqurt” işarəsi “ultra-millətçilik” simvolu kimi qadağan edilib. Belə fikirlər var ki, Demiral da məhz buna işarə vurub. Avstriya bu işarəyə görə Demiraldan UEFA-ya şikayət edib. 

Məlumtlara görə, UEFA Merih Demirala Bozqurd işarəsinə görə 2 oyunluq cəza verib. Bu o deməkdir ki, Merih Türkiyə üçün ən vacib oyunda meydana çıxa bilməyəcək. Təbii ki, belə bir hal Türkiyə üçün böyük itkidir. Görünür, Avstriya məğlubiyyətin acısını bu cür çıxarmaq istəyib. 

Bəs UEFA niyə belə qərar verir? 

Axı Merihin göstərdiyi “Bozqurd” işarəsində heç bir problem yoxdur. Yaxud da oyun bu işarənin qadağan olunduğu Avstriyada yox, Almaniyada keçirilir və məntiqlə Demiral çempionatın keçirildiyi ölkənin qanunlarını pozmayıb.

Axı UEFA niyə Merihi cəzalandırmalıdır? 

İdman tarixində dəfələrlə müxtəlif mesajlar verilib və Merih nə birincidir, nə də axırıncı olacaq. Demiral nə oyun qaydalarını pozub, nə Almaniya qanunlarını, nə də hansısa qərarlara qarşı çıxmayıb. UEFA-nın belə bir qərar verməsinin arxasında yalnız bir səbəb ola bilər. Bu da Türk dümənçiliyidir. 

Təsadüfi deyil ki, 1/4 finalda keçiriləcək Türkiyə-Hollandiya oyununa UEFA məhz fransalı hakim təyin edib. Bu artıq həmin oyunda hakimin ədalətli olacağını sual altına qoyur.  Çünki Fransa da Türk düşmənçiliyi geniş yayılıb. Bu azmış kimi, UEFA rəsmi saytından da Türkiyənin adını silib.

Bir “Bozqurd” işarəsinə görə, bu qədər düşmənçilik edilməsi yalnız və yalnız Türkfobiya və İslamafobiyadan qaynaqlana bilər. Bunun başqa adı yoxdur. 

Ancaq UEFA unutmamalıdır ki, Türkiyəyə qarşı edilən haqsızlıq bütün Türk dünyasına və İslam dünyasına edilən haqsızlıq kimi qəbul ediləcək. Bu isə Türk və İslam dünyasında Avropa çempionatına baxışı da azaldacaq, UEFA-nın onsuz da korlanmış imicini daha da psiləşdirəcək. Qardaş Türkiyə millisi bu çempionatda 85 milyonu yox, bütün Türk və İslam dünyasında sayı bir milyardan çox olan insanları təmsil edir!

Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi