Makron müsəlman dünyasının qarşısından geri çəkildi - səhvini anladı, yoxsa...

03 noyabr, 2020 10:04

İslam dininə, müsəlmanlara qarşı fikirləri, davranışları ilə son aylarda dərin nifrət qazanan Fransa prezidenti Emmanuel Makron geri çəkilməyə məcbur olub. Onun son açıqlamaları bu qənaəti formalaşdırır. Belə ki, Makron tənqidlərin qarşısında duruş gətirə bilməyərək, “Charlie Hebdo” jurnalının karikaturalarını dəstəkləmədiyini bildirib. Halbuki bundan öncəyə qədər o belə demirdi, media və ifadə azadlığı kimi gülməli arqumentlərdən istifadə edirdi.

Fransa prezidenti deyib: “Müsəlmanların bu karikaturalara qarşı hisslərini başa düşürəm. Biz bunu dəstəkləmirik. Mənim bunun arxasında olduğumu dedilər. Amma bu belə deyil”.

Qeyd edək ki, Makronun İslamı hədəf alan fikirləri və “Charlie Hebdo”nun karikaturaları böyük narazılıq doğurmuşdu. Hətta bir çox ölkələrdə buna etiraz olaraq, Fransa məhsullarına qarşı boykot kampaniyası başlanılmışdı. Müsəlmanlar küçələrə çıxaraq, Makrona qarşı öz etirazlarını bildirirdilər.

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Makronun bu açıqlaması onun geri durduğunun açıq göstəricisidir: 

“O, yüz dəfə desin ki, bəyanatlarım düzgün başa düşülməyib, bu formada deməmişəm. Bugünlərdə bir məsələ aydın oldu ki, faşizm bəzi Avropa liderlərinin canından çıxmayıb. Dini, etnik mənşəyinə görə insanları ayıran rəhbərlər təəssüf ki, hələ də mövcuddur. Düşünürəm ki, Makron bəzən özünü olduğundan daha yüksəkdə zənn edir. Öz gücünü, çəkisini və ölkəsinin dünyadakı rolunu olduğundan daha çox görür. Ona görə də belə sərsəm bəyanatlar verir, İslam dininin üzərinə gəlir, dünyadakı müsəlmanları qıcıqlandıracaq açıqlamalar verir. Sonda bunun faktiki nəticələrindən doğan reallıqlarla üz-üzə qalanda görür ki, hər şey gördüyü kimi deyil, həqiqətlər başqadır.

Tural Abbaslı: “Fransa xalqı seçkilərdə ondan canını qurtaracaq”

Onun geri addım atması doğru qərardır. Nəinki geri addım atmalıdır, əksinə, həm də başda elə Fransa müsəlmanları olmaqla, dünya müsəlmanlarından üzr istəməlidir. Əks təqdirdə, Fransanın demokratik, tolerant bir dövlət olmadığını etiraf etməlidir. Bu, digər dünya ölkələrinin rəhbərlərinə nümunə olmalıdır. Müsəlman dövlətlərini dözümsüzlükdə ittiham edən bəzi xristian ölkələrinin özləri İslama, müsəlmanlara qarşı dözümsüzdürlər. Məsələn, müsəlman ölkəsi olan Azərbaycanda indiyə qədər dini və ya milli zəmində hansısa qarşıdurmaların şahidi olmamışıq, bu yöndə siyasi bəyanatlar olmayıb. İnşallah, Fransa xalqı üzümüzə gələn seçkilərdə Makrondan canım qurtaracaq. Belə psixi adamdan canlarını qurtarsalar, xalq və dövlət olaraq çox şey qazanacaqlar”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli bu kontekstdə bir sıra vacib məqamlara toxundu: 

“Makron manevr edir. Həm də uğursuz bir siyasi manevr edir. Geri çəkildiyini, bu işlərdə barmağının olmadığını sübuta yetirməyə çalışır. Amma bundan əvvəl həmin jurnal karikaturalar çəkib, onu məktəblərə göndərəndə, məktəblərdə də müəllimlər interaktiv metodlarla yazı taxtasında İslam dininin banisinin karikaturalarını şərhlə çatdıranda Makronun məgər bunlardan xəbəri yox idi? Bu jurnal haqqında müsəlman dünyasından iddialar qalxanda o bildirmişdi ki, bu müstəqil mediadır, onun işinə qarışmır. Halbuki burada söhbət medianın müstəqilliyindən getmir. Söhbət inanclı insanlarının sayı milyard yarımdan çox olan İslam dininin banisinin əstəğfürullah, ələ salınmasından gedir, guya onun müxtəlif qəbaətlərinin olmasından söhbət açılırdı. Tutaq ki, Makron Məhəmməd Peyğəmbərlə bağlı fikirlərində manevrlər edir. Bəs onu tənqid edən Ərdoğan haqqında nə deyə bilər? Ərdoğan bu fikirlərinə görə Makronu qınayanda o, həmin jurnala göstəriş vermişdi, yaxud hansısa formada eyham vurmuşdu, Ərdoğanın ləyaqətini təhqir edən məlum foto verilmişdi. Onu kimin ayağına yazmaq olardı? Heç kimə sirr deyil ki, Makron radikal millətçidir. Ölkədə yaşayan və əhalinin az qala 40 faizini təşkil edən müsəlman əhalisinə heç də xoş münasibətlər bəsləmir. Hətta Fransanın Daxili İşlər Nazirliyinə xüsusi göstəriş verilib ki, müsəlman inanclı insanların ölkədən sıxışdırılıb çıxarılması ilə bağlı tədbirlər işləyib həyata keçirsin. Bu göstəriş üzə çıxandan sonra təkzib etməyə çalışdılar. Amma fakt kimi ortada qaldı. Fransada İslam dininə etiqad edənlərin iş tapmaları da ciddi problemə çevrilib. Bunlar Makron hakimiyyətə gələndən sonra irqçilik səviyyəsinə qaldırılmış bir prosesdir. Bu dövlətin siyasi prioritetlərindən biridir”.

Qabil Hüseynli: “Müsəlman dünyası qəzəb içərisindədir”

Politoloq dedi ki, Makronun Qarabağ münaqişəsində açıq surətdə işğalçını dəstəkləməsi sözün həqiqi mənasında xristian təəssübkeşliyindən irəli gəlir: 

“Bugünlərdə Bərdədə olan fransız televiziyaçılar oraya düşən ballistik raket haqqında veriliş hazırlayıb, həmin verilişi ekranda yayımlayandan sonra çəkilişdə iştirak və aparıcılıq edən jurnalist işdən qovuldu. Sonradan işinə bərpa olunsa da, ona ciddi xəbərdarlıq olundu. Makron mədəni Avropanın nümayəndəsi hesab edilsə də, təcavüzkar erməniləri dəstəkləyirsə, öz ərazisini yağı düşmənin tapdağından azad etmək istəyən Azərbaycanı, onun ordusunu tənqid edirsə, hətta ölkəmizi açıq formada təcavüzkarlıqda təqsirləndirirsə, adamın ayağının altından yer qaçır. Sən Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkənin nümayəndəsisən, BMT-də Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı dörd qətnaməyə səs verən Təhlükəsizlik Şurasının daimi üzvlərindən birisən, bunu necə unudub, öz ərazilərini düşməndən təmizləyən ölkəni  təcavüzkarlıqda ittiham edirsən? Dünya Müsəlman Alimləri Birliyi Makrona qarşı bəyanat qəbul edib. Bundan başqa, müsəlman ölkələrinin hamısı, İslam Əməkdaşlıq Təşkilatı da Fransa prezidentinə etiraz etdi. Hətta Çeçenistan prezidenti Ramazan Kadırov Makronu terrorbaşı və bir nömrəli terrorçu elan etdi. Jirinovskinin tənqidlərinə baxmayaraq, o, dediyinin üzərində durdu. Lazım gələrsə, hətta istefaya gedə biləcəyini söyləyərək, Makron haqqındakı fikirlərindən imtina etmədi. Müsəlman dünyası qəzəb içərisindədir. Bu dünya İslamı problemli din adlandıran fransızları tənqid edir, onları bu fikirlərindən imtina etməyə çağırır. Makron gəldikdən sonra bu vəziyyət daha da kəskinləşib. İslamı tənqid etmək üçün o, əlinə düşən hər fürsətdən istifadə etməyə çalışır”.

musavat.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR