Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

16 iyul, 2024 15:34

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində qeydiyyatda olan “DİA Holdinq FZCO” şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN – 9900083751) dövlət büdcəsinə vergi borcu var.

15 iyul 2024-cü il tarixinə olan sonuncu məlumata görə “DİA Holdinq FZCO” şirkətinin Azərbaycandakı filialının vaxtında ödənilməyən 16 milyon 13 min 416 manat 12 qəpik vergi borcu yaranıb.

Məlumat üçün bildirək ki, bu şirkətin Azərbaycandakı filialı 5 dekabr 2007-ci ildə Nərimanov rayonu, Ziya Bünyadov, ev 19/69 ünvanında qeydiyyata alınıb. Şirkətin Azərbaycandakı filialının rəhbəri Burhan Keleşdir. 

“DİA Holdinq FZCO” şirkəti Azərbaycanda “Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi kimi böyük layihələrin icrasında iştirak edib.
Onu da bildirək ki, şirkətin təsisçilərindən biri Azərbaycanda qida sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq”in sahibi Abdulbari Gozalin qardaşı oğlu və eyni zamanda da kürəkəni olan Hassan Gozal olub.

Hassan Gozalın “DİA Holdinq FZCO” şirkətindəki payı 50% olub. Hassan Gozal daha sonra şirkətdəki payını satıb. Hazırda “DAAX Construction” şirkətinin sahibi olan Hassan Gozal eyni zamanda İraqda neft hasilatı ilə məşğul olan “Genel Energy”nin də əsas təsisçilərindən biridir. Səhmlərinin 17,5%-nin “DAAX Construction”ə məxsus olduğu  “Genel Energy”şirkətinin sonuncu maliyyə hesabatında (https://genelenergy.com/wp-content/uploads/2024/03/Genel-Energy-FY-2023-Results-FINAL.pdf) göstərilir ki, şirkətin zərəri son bir ildə 8,4 fəfə artaraq 61,3 milyon dollara yüksəlib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR