"AQTA yem və preparatları ölkəyə buraxmır, quşçuluq şirkətləri iflas ola bilər" - AÇIQLAMA

19 iyul, 2024 14:25

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) sahibkarlarla AQTA arasında yaranan problemlə bağlı açıqlama yayıb.

Assosiasiyadan Marja-ya daxil olmuş açıqlamada bildirilir:

"Azərbaycan quşçuluq təsərrüfatları ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Əhalinin qida rasionunda kifayət qədər yüksək paya malik yumurta və toyuq əti istehsalında davamlı artımı təmin etmək üçün quşçuluq təsərrüfatları investisiyaları artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməlidirlər. Lakin hazırda bir sıra ciddi problemlər təsərrüfatların bu fəaliyyətləri icra etməsinə imkan vermir. Bu problemlər ən qısa müddətdə həllini tapmazsa, ölkəmizdə ərzaqlıq yumurta və toyuq əti istehsalında tənəzzül qaçılmaz olacaq. Bu isə qiymətlərin bahalaşmasına, hər iki məhsullar təminatda idxaldan asılılığın yaranmasına gətirib çıxaracaq.

Belə ki, quşçuluq sahəsində istehsal prosesi üçün həyati əhəmiyyət kəsb edən yem və yem qatqıları, preparatlardemək olar ki, bütünlüklə xaricdən idxal olunur. Uzun illərdir Azərbaycan quşçuluq təsərrüfatları bu məhsulları Çinin dünyada tanınan şirkətlərindən alırlar.

Son altı ayda Azərbaycan Qida Təhlükəsizliyi Dövlət Agentliyi (AQTA) “Qida təhlükəsizliyi haqqında” qanuna istinad etməklə, təsərrüfatların xaricdən aldığı külli miqdarda yem əlavəsini istehsalçı şirkətin qeydiyyatı olmadığını əsas gətirib sərhəddən ölkəyə buraxmır. Bizi narahat edən əsas məsələ budur ki, Agentlik Avropa və MDB-də istehsal olunan qatqılara qeydiyyat tələb etmir, amma Çin və Türkiyə istehsallı məhsullara belə qeydiyyatı tələb edir. Halbuki yem qatqılarının əsas istehsalçısı Çin və Türkiyədir, əksər Avropa istehsalçıları baza komponentləri Çindən alaraq, müəyyən əlavələr edib bizim bazarlara satırlar.Bura L-Lysine HCL, L-Threonine, Cholıne Chlorıde və digərləri aiddir. Avropa şirkətləri bu maddələri əsasən Çindən alaraq, müəyyən qatqılar əlavə edib digər ölkələrə satırlar.

AQTA belə ayrı-seçkilik qoymaqla yanaşı, istinad etdiyi  “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə minməzdən əvvəl idxalına icazə verdiyi qatqıları da ölkəyə buraxmır. Halbuki ölkəmizdə qanunun geriyə qüvvəsi yoxdur.

Digər tərəfdən, Agentlik tələb edir ki, istehsalçı Avropa şirkəti olsun, Bolqarıstan da Avropa ölkəsidir, oradan gətirilənləri də buraxmır. Türkiyədən idxala da ayın 1-dən qadağa qoyub, heç bir şirkətə xəbərdarlıq edilmədən. Oradan mal alıb gətirilib, sərhəddən buraxılmır.

AQTA tələb edir ki, ya alınan maddələrin istehsalçıları Azərbaycanda qeydiyyatdan keçsin, ya da təsərrüfatlar qeydiyyatı tələb olunmayan şirkətlərin məhsullarını alıb gətirsinlər. Əvvəla, qeydiyyat üçün ödəniləcək rüsum çox yüksəkdir və onu ödəyən şirkət xərcini bizə satdığı məhsulu bahalaşdırmaqla çıxaracaq. Yəni faktiki olaraq bu məbləği biz ödəyəcəyik.

İkincisi, şirkətlərin qeydiyyatını gözləyənə, yaxud yeni məhsulu tapıb, müqavilə bağlayıb alıb gətirənə qədər azı 2 ay vaxt keçəcək. Hətta bu zaman da onların ölkəyə buraxılacağına təminat yoxdur. Üstəlik, bu uzun müddətdə təsərrüfatlar quşlara zəruri qatqıları verə bilməyəcəklər ki, bu da istehsalda fasilənin yaranmasına, həcmin azalmasına və ölkə bazarında həm yumurta, həm də toyuq əti qıtlığına səbəb olacaq.

Bütün bunları nəzərə alaraq, quşçuluq təsərrüfatları istehsalda fasilə yaranmaması üçün AQTA-nın idxalına icazə vermiş olduğu maddələrin ölkəyə buraxılmasını və istehsalçılara çatdırılmasını təklif edir. Bu, təsərrüfatlara zərər vurmadan AQTA-nın irəli sürdüyü tələblərə uyğunlaşmanı təmin edə bilər.

Eyni zamanda hesab edirik ki, hansı maddələrin Azərbaycana idxalına icazə verilib, hansılara verilməməsi məsələsi qanunda tam dəqiq əksini tapmalıdır. Bu, sahibkarların öz biznesini planlaşdırması, zəruri malların vaxtında alınıb-gətirilməsi, dövlət qurumlarının qanunvericilikdəki boşluqlardan sui-istifadə etməsinin qarşısını almaq baxımından son dərəcə vacibdir. Bu gün sahibkarlar xaricdən mal alıb gətirəndə istinad etməyə dəqiq hüquqi baza tapa bilmirlər.

Daha bir narahatedici məsələ budur ki, hazırda AQTA-nın quşçuluq təsərrüfatlarından tələb etdiyi analiz, ekspertiza və sair fəaliyyətlər üçün tətbiq olunan rüsumlar bir təsərrüfata il ərzində ödədiyi vergilərdən daha yüksək məbləğdə xərc yaradır. Biz faktiki olaraq, ödədiyimiz vergilərdən daha yüksək məbləğdə vəsaiti AQTA-nın xidmətləri üçün ödəməli oluruq. Bu isə kifayət qədər ağır maliyyə yüküdür və bu yük getdikcə artırılır.

Buna görə də hökumətimizdən bu məsələyə diqqət yetirilməsini, AQTA-nın tətbiq etdiyi rüsumların göstərilən xidmətə adekvatlığı, xüsusilə də quşçuluq təsərrüfatları üçün yaratdığı maliyyə yükünün gəlir əmsalına adekvatlığı ilə bağlı araşdırmanın aparılmasını xahiş edirik".

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib