Azərbaycanda 100 min manatlıq şirkət açan 69 yaşlı Erdinç Selvi kimdir?

20 iyul, 2024 16:09

Bu ilin iyun ayının 11-də 100 min manat nizamnamə kapitalı olan “Olives Azerbaijan Food İndustry and Foreign Trade” MMC (VÖEN – 3105150311) adlı şirkət dövlət qeydiyyatına alınıb.

Yeni yaranan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi ev 6-cı km.-də yerləşir.

Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Erdinç Selvidir.

Məlumat üçün bildirək ki, Erdinç Selvi Böyük Britaniyada yerləşən “Diles Holding” adlı şirkətin təsisçisi və rəhbəridir. 1955-ci il təvəllüdlü Erdinç Selvi hazırda Londonda “86-90 Paul Street, London, EC2A 4NE” ünvanında qeydiyyatda olan aşağıdakı şirkətlərin direktoru vəzifəsini icra edir.

12 yanvar 2022-ci ildə qeydiyyata alınan “Natures England Fruit Juice And Food Industry Foreign Trade Ltd”;
11 yanvar 2022-ci ildə qeydiyyat alınan “Diles Airlines Europe Foreign Trade And Logistics Ltd”;
4 mart 2019-cu ildə qeydiyyata alınan “The Elegances Club London Textile Industry Foreign Trade Ltd”;
30 avqust 2018-ci ildə qeydiyyat alınan “Olives Britannia Foreign Trade Co Ltd”.

“Diles Holding”in rəsmi veb-saytında qeyd olunur ki, şirkət Avropada, ABŞ-də yerli ofisləri və Türkiyə, Azərbaycanda istehsalat fabrikləri olan Londonda yerləşən  korporativ müəssisədir. “Diles Holding” Azərbaycanda zeytun istehsalından başqa geyim biznesi ilə də məşğul olur. Holdinqə bağlı olan “The Elegances Club Baku” premium qadın və kişi geyimlərinin dizayneri, istehsalçısı və topdansatışçısıdır.
Qeyd edək ki, “Diles Holding”in saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil.

Onu da bildirək ki, bu ilin ilk 5 ayı ərzində Azərbaycandan xarici ölkələrə 325,8 ton saflaşdırılmamış, əla növ birinci sıxma zeytun yağı ixrac olunub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə bu məhsulun ixracı olmayıb. Bu il ixrac olunan zeytun yağının 1 litrinin orta gömrük dəyəri 5,8 dollar (9,9 manat) olub.

Azərbaycan zeytun yağını aşağıdakı ölkələrə satıb:

İspaniya – 110 ton
Rusiya – 82,2 ton
İsrail – 44 ton
Türkiyə – 38,5 ton
Kanada – 2,31 ton
Gürcüstan – 4,75 ton
Birləşmiş Ərəb Əmirlikləri – 44 ton
Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycanda zeytun yağının pərakəndə satış qiyməti 17 manat olub və ilin əvvəli ilə müqayisədə 1 manat və ya 6,3% bahalanıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR