Baş nazirin sabiq müavinindən rəzil addım – Camaat ölümə gedir, bu isə…

03 noyabr, 2020 12:40

Şəkildə gördüyünüz bu adamın adı Asəf Məmmədovdur.  Naxçıvanda müxtəlif vəzifələrdə çalışıb. Son iş yeri orada Baş nazirin müavini vəzifəsi olub. 
Dünən tanınmış saytlardan birində bu adamın ölkə başçısına müraciəti dərc edilmişdi. Maraqlıdır ki, həmin sayt Asəf müəllimin müraciətini bahalı pullu reklama qoyaraq, öz səhifədində paylaşıb. 

Deməli, bu nəticəyə gəlirik ki, Asəf Məmmədov müraciətin həm də geniş şəkildə piar olunmasında maraqlıdır. Yoxsa, sayt niyə onun məktubunu öz cibindən pul ödəyib, sponsorlu paylaşsın ki?


Asəf Məmmədov həmin müraciətinə nə vaxtsa Prezidentlə birlikdə çəkdirdiyi şəkilləri də əlavə edib, indiyə qədər gördüyü işlərlə bağlı ətraflı məlumat verib. 


Sonda bilirsiniz nə istəyir? Prezidentdən xahiş edir ki, işğaldan azad edilən ərazilərdə könüllü olaraq, məmur kimi xidmət göstərmək istəyi nəzərə alınsın. 
Vallah, bu müraciət mənə səmimi gəlmədi. Çünki görmüşük ki, müharibənin indiki dönəmində adətən insanlar cəbhədə könüllü döyüşməklə bağlı müraciət edir. 


Asəf Məmmədovun bu müraciətindən isə döyüşmək yox, daha çox: “mən də varam, imkan varsa, oradakı rayonlardan birinə məni vəzifəyə göndərin” -,  niyyəti hiss edilir. 


Könüllü olaraq abadlıq işlətində iştirak etmək istəyirsənsə, bunun üçün məgər Prezidentə belə reklam xarakterli müraciət etmək lazımdır? Götür əlinə “lopatkanı” , get nə qədər istəyirsən işlə da. Kimdir sənə mane olan?
Asəf Məmmədovla bağlı maraqlı bir hadisə yadıma düşdü. Bir neçə il əvvəl bunu işdən çıxarmışdılar. Saytlardan biri Asəf Məmmədovun özünü asdığı və öldüyü ilə bağlı xəbər yaydı. 


Asəf Məmmədov sağ ola-ola həmin xəbəri təkzib etməmişdi. Mənə məlumat çatdı ki, adam sağdı. Zəng vurdum, ölmədiyini təsdiqlədi və çox sevindi ki, kimsə buna aydınlıq gətirdi. 
Mənə bu səbəbdən çox maraqlıdır, özünün ölü yox, diri olması ilə bağlı xəbərə münasinət bildirə bilməyən adam, indi media üzərindən belə çoxkombinasiyalı piarı necə qura bilir? 

100 faiz öz ağlı ilə hərəkət etmir. Kimsə başını “yeyib”. Prezidentin yerinə olsam,  bunun xahişini nəzərə alıb, əlinə bir avtomat verib, göndərərəm ön cəbhəyə döyüşə. 
Bu da olar Asəf Məmmədovun Vətən qarşısında “könüllü” xidməti. Asəf müəllim bilsin ki, hazırda Azərbaycana canını Vətən yolunda fəda etməyə hazır olan könüllü əsgər, zabit lazımdır, “prorab” yox!

Məhəmmədəli QƏRİBLİ

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR