Naxçıvanda seçkiqabağı təşviqat aparılmayacaq?
07 avqust, 2024 12:27
Bu ilin 1 sentybar tarixinə təyin olunan növbədənkənar parlament seçkisində seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Görüş yerlərinin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, həm açıq, həm də qapalı görüş yerlərinin siyahısında Naxçıvan Muxtar Respublikasınını əhatə edər 6 seçki dairəsi yer almayıb. Naxçıvan Muxtar Respublikasından qeydiyyata alınan namizədlərin seçicilərlə harda görüşəcəkləri məlum deyil.