45 manata saxta zeytun yağı satılır - Ekspert

07 avqust, 2024 12:30

Bazarda saxta “zeytun” yağı aşkarlanıb.

"Azsiyaset" xəbər verir ki, bu barədə Yenisabah.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib:

“AİİB-ə istehlakçılar hər həftə şübhələndikləri ərzaq və sənaye mallarının nümunələrini gətirirlər. Sonuncu gətirilən nümunə satış qiyməti 44.55 manat olan 5 litrlik yaşıl fonlu metal qabda qablaşdırılmış, üzərində ağ böyük şriftlərlə “Vero Greco”, Olive Blended Oil (Zeytun qarışığı yağı, bu söz Azərbaycan dilinə tərcümə olunmayıb), Selected Quality (Seçilmiş keyfiyyət) yazılmış zeytun yağı idi.

Qablaşdırmanın üzərində yetişmiş meyvələr olan zeytun ağacının budağı, çox kiçik şriftlərlə diqqəti az cəlb edən yerdə “Blend of 51% pomace olive oil& corn oil (Qarışıq 51% pomace zeytun yağı&qarğıdalı yağı) yazılıb.

İstehlakçının şübhə etdiyi və bilərəkdən kiçik şriftlərlə yazılmış –“pomace zeytun yağı” ifadəsi diqqətimizi çəkdi.

Araşdırmalardan sonra məlum oldu ki, bu ifadənin mənası o deməkdir ki, bu yağ zeytunun soyuq sıxılmasından sonra əldə olunan keyfiyyətli “Extra Virgen” yağınının xammalının qalıqlarından yəni jmıxından termik və kimyəvi yolla alınan “yağdır”.

Zeytun yağına dair beynəlxalq qurum bu yağları süni yağ hesab edib.

Zeytun jmıxından hazırlanmış və dünyanın müxtəlif ölkələrində satılan bu yağların elektron kataloquna nəzər yetirdikdə 300 növdən çox müxtəlif etiketlərlə satılan yağlar arasında Azərbaycanda satılan “Vero Greco” yağı yoxdur və əksər etiketlərdə böyük şriftlərlə “Pomace olive” yəni jmıxdan hazırlanmış yağ yazılıb”.

Onun sözlərinə görə, baha qiymətə satılan bu yağ zeytun yağı hesab olunmur:

““Vero Greco” mal nişanı ilə əhaliyə baha qiymətlə zeytun yağı adıyla satılan yağ, əslində, tərkibində ən çox 8 % zeytun yağı olan, qalanı naməlum yağların qarışığı olan süni yağdır.

Araşdırmaların obyektivliyinə nail olmaq üçün bu yağın qabı üzərində yazılmış elektron poçtu [email protected] ünvanına şübhələrimiz barədə suallarımızı göndərdik, lakin cavab yoxdur!

www.VeroGreco.com saytına müraciət etdik, lakin heç bir məlumat tapılmadı.

Malın üzərində yazılmış və yuxarıda qeyd etdiyimiz Ştrix-kodu beynəlxalq axtarış sistemində araşdırdıq və məlum oldu ki, belə bir ştrix-kod heç bir müəssiəyə verilməyib, yəni saxtadır!

Malın etiketində yazılan məlumata inansaq, bu yağları Azərbaycana Bakı şəhəri, Sabunçu rayonu, B.Bünyadov küçəsi 11 ünvanda yerləşən “Aqro Vest DC” MMC idxal edir.

Qeyd olunan yağın araşdırılması, markalanmasının qanunvericiliyimizin tələblərinə uyğunluğunun müəyyən olunması üçün “Azad İstehlakçılar” İctimayi Birliyi (AİİB) artıq rəsmi məktubla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri, cənab Qoşqar Təhməsliyə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırova müraciət edib”.

E.Hüseynov alıcılara zeytun yağı alarkən diqqət etməli olduqları məqamları qeyd edib:

“Zeytun yağlarının alışı zamanı istehlakçılar bəzi məqamlara diqqət etməlidirlər.

Üzərinə “Virgin” yazılmış zeytun yağı fiziki üsulla sıxılan, ən yaxşı və ən təbii, çiy halda istifadə edilən məhsul sayılır. Bu yağ salatların, sousların, yeməklərin üzərinə əlavə etmək üçündür.

Üzərinə “Extra virgin” yazılan zeytun yağı “Virgin” kateqoriyasına aid olan ən keyfiyyətli yağdır. Bu yağ maksimum 27 dərəcə temperaturda alınır. Turşuluq dərəcəsi 1 faiz təşkil edir. Bu yağ da çiy halda istifadə edilmək üçündür.

Üzərinə “Refinado” yazılmış zeytun yağı rafinə edilmiş, saflaşdırılmış məhsuldur. Bu yağların sənaye emalı vasitəsi ilə dad keyfiyyətləri yaxşılaşdırılır, ləzzəti artırılır və turşuluq nisbəti aşağı salınır. Rafinə zeytun yağı xörəkləri bişirmək, qızartmaq üçündür.

Əgər zeytun yağını xörək hazırlamaq üçün alırsınızsa rafinə edilmiş zeytun yağını seçmək məsləhətdir. Onun yanma temperaturu 240-270 dərəcədir. Çiy istifadə üçün isə “Virgin” kateqoriyasından olan yağlara üstünlük verilməlidir”.

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib