Hüseyn Abdullayev infarkt keçirib
09 avqust, 2024 12:15
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.
Bu barədə onun keçmiş vəkili Rəsul Cəfərov bildirib. R.Cəfərov H.Abdullayevin ailəsinin onun infarkt keçirməsi barədə məlumat verdiyini deyib.
Qeyd edək ki, H.Abdullayev 2018-ci ildə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin müddət bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə o, azadlığa çıxa bilməyib.
O, bu dəfə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilir.