Azər Badamov bizə lazım deyil, deputat olaraq nə edib? - Seçicilər narazılıq edir

17 avqust, 2024 13:44

"Badamov olmasın, başqa kim olursa-olsun..."

Bu çağırışları sosial şəbəkə istifadəçiləri deputat Azər Badamova etiraz olaraq yazıblar. 

Məlumata görə, onlarla Qusar sakinləri müxtəlif ifadələrlə sosial şəbəkədə yenidən namizəd olan Azər Badamov haqqında etiraz ediblər.

Qeyd edək ki, 61 saylı Qusar seçki dairəsindən namizədliyi qeydə alınmış Azər Badamov rayon sakinləri tərəfindən birmənalı qarşılanmır və keçən seçkilərdə də onunla bağlı müxtəlif qalmaqallar yaşanmışdı.

İndi isə sakinlər öz etirazlarını ifadə etməklə yanaşı, digər namizədlərdən hansısa birinin qələbəsi üçün əllərindən gələni edəcəklərinə də söz veriblər. Məlumata görə, sözügedən seçki dairəsində qeydə alınmış namizədlərdən fərqli olaraq, Azər Badamov inzibati resurslardan səmərəli istifadə edərək, özünə eloktorat toplamağa çalışsa da, heç də uğurlu alınmır.

Azər Badamov 10-15 nəfər ətrafına toplayıb seçicilərlə görüş keçirilən məkanda çoxluq təşkil olunmasını təmin edir. Məlumatlara görə, hətta bir neçə kənddə sadəcə şəhid məzarlarını ziyarət edib, görüş keçirə bilməyib. Kənd əhalisi onunla görüşə gəlməyib.

Məlumatlarda bildirilir ki, seçki günü qutudan Azər Badamov adı çıxmasa da, protokollarda onun adı qeyd olunması proqnozlaşdırılır. Elə buna görə də, seçicilər artıq dəyişiklik arzularını ifadə etməyə başlayıblar və seçki günü öz səslərini qorumağa iddialıdırlar. Azər Badamovun yenidən deputat olmasını istəməyən kəndlərin əhalisi yığılıb qalan problemlərinin həlli üçün daha ona səs verməyəcəklərini bildirirlər. Hətta öz doğma kəndi Düztahirdə belə 20-30 nəfər görüş çıxıb. 

Rayon gəncləri də Azər Badamova etiraz edir. "Biz deputatımızı ancaq seçki ərəfəsində görürük. Yaxşı ki, bu seçkilər var, yoxsa Qusara heç ayaq basmazdı", deyə sosial şəbəkədə yazıblar.  

Digər məlumatlarda qeyd olunur ki, Azər Badamov rayonda qardaşına geniş imkanlar yaradıb, bütün biznesini o idarə edir. İndi də pul paylayır ki, təbliğat zamanı görüşlərdə adam çox olsun. 

Şokedici məlumatda isə bildirirlir ki, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının fəal üzvləri belə onunla görüşə gəlməkdən imtina edirlər. 

İddialarla bağlı Azər Badamovla əlaqə yaratmağımız mümkün olmadı. Deputat telefon zənglərimizə cavab vermədi. Onun münasibətini dərc etməyə hazırırq.​​​​​​​

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR