“Azərbaycan: Burada və indi: İncəsənətlə silahlanaraq” onlayn sərgisi başlayır

03 noyabr, 2020 21:51

Virtuallıq reallığa xidmət etməlidir.

Bu gün, rəşadətli Azərbaycan ordusunun illərdir ki, işğal altında olan torpaqları azad etdiyi bir gündə, paytaxt qalereyası "QGallery” Berlində yerləşən filialı "QGallery Berlin” ilə birlikdə 2020-ci ilin oktyabr ayının ortalarından etibarən "Azərbaycan. Burada və indi. İncəsənətlə silahlanaraq” adlı onlayn sərgisinin  keçirilməsinə təşəbbüs göstərib. 

Bu sərgi müxtəlif ölkələrdə yaşayan xalqların həmrəyliyini nümayiş etdirmək, bəşəriyyətin vahid taleyinin yaranması ilə bağlı xoş məramları ifadə etmək, habelə sülhpərvər əməkdaşlığın, dünyaya açıqlığın, inklüzivliyin və qarşılıqlı dərketmənin ruhunu izah etmək üçün keçirilir. Bu incəsənət layihəsinin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bütün dünyada tanınması və dəstəklənməsi, habelə İNCƏSƏNƏTİN şəxsiyyətin, cəmiyyətin və ətraf mühitin rifah halının yaxşılaşdırılmasına necə təkan verməsi haqqında  məlumatlılıq səviyyəsinin artırılmasıdır. 

Bu sərginin keçirilməsi ilə biz bütün dünyaya sülh ismarıcını göndəririk! 

Heç bir ölkə bu prosesdən kənarda qala bilməz və sülhün bərqərar olunması üçün əlimizdə olan yeganə güclü silah həmrəylik və əməkdaşlıqdır!

Bütün mədəniyyət ocaqlarının kütləvi şəkildə bağlandığı, COVID-19 pandemiyasının ən qızğın dövründə incəsənət sürətlə onlayn rejimə keçdi və keçməyə davam edir.  

Bir sözlə, koronavirus mədəniyyət həyatını internetə köçürüb. Yeni işlər əlavə olunduqca, "Azərbaycan. Burada və indi. İncəsənətlə silahlanaraq” adlı onlayn sərgi yenilənir. Bu gün sərgi çərçivəsində artıq Argentina, Latviya, Azərbaycan, İordaniya, Hindistan, Almaniya, ABŞ, İran, Rumıniya, Bolqarıstan, Makedoniya, Serbiya, Özbəkistan, Tunis, Belçika, Ukrayna, Yunanıstan, Gürcüstan, Çexiya, Böyük Britaniya, Fransa, İspaniya, Rusiya, İsveçrə və Kolumbiya daxil olmaqla, 25 ölkədən 56 rəssam və heykəltəraşın işləri təqdim olunub.

Onlayn sərgidə iştirak etmək istəyən rəssamlar [email protected]  elektron poçt ünvanına öz layihələrini göndərərək layihədə iştirak üçün ərizəni verə bilərlər. Təqdim olunacaq layihələr (əsərlər) artıq mövcud ola bilərlər, lakin onlar onlayn sərginin əsas ideyasını və məqsədini əks etdirməlidir.

İncəsənətdə olduğu kimi, iştirakçılar qarşısında heç bir yaş məhdudiyyəti qoyulmur; onlayn sərgidə iştirak pulsuzdur. İncəsənət sərhəd tanımır! 

Sərgidə artıq nümayiş olunan əsərlərlə

https://www.facebook.com/peaceforart/

buradan tanış ola bilərsiniz.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR