Təminat və təxliyə yolları hərbçilərimizin düşmən üzərində qələbəsini təmin etdi - FOTOLAR

16 sentyabr, 2024 16:03

Azərbaycan ordusunun qələbəsi son 200 ildə görünməyən bir zəfər kimi tarixə düşdü. Bu qələbədə xalq, ordu və Ali Baş Komandanın rəhbərliyi öz sözünü səngərdə dedi. Biz tarixi qələbəni qazandıq. Bu böyük qələbədə hərbçilərlə ciyin-çiyinə çalışan yol çəkənlərin də xüsusi payı var.

Onlar hərbçilərin ardınca, bəzən də onlarla çiyin-çiyinə təminat və təxliyə yollarının çəkilişində böyük fədakarlıq göstəriblər. Gecə-gündüz, qar-çovğun demədən üzərlərinə düşən vəzifənin öhdəsindən uğurla gəliblər və qələbəmizi tam təmin ediblər. Elə haqqında söhbət açacağımız qəhrəman yol çəkənlərdən biri də Emin Valeh oğlu Məmmədovdur. Hansı ərazidə işləyibsə, hər kəs onun haqqında danışır.  Onun adı dillərdən düşmür. Ehtiyacı olanların yanında olub.  

Onu yaxından tanıyaq: 

Emin Valeh oğlu Məmmədov 24 yanvar 1986-cı il  Gədəbəy rayonunun Miskinli kəndində anadan olub. Elə həmin kəndin 1 saylı orta məktəbində təhsil alıb.  Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinə daxil olub və 2007-ci ildə bakalavr diplomunu, 2009-cu ildə isə magistr dərəcəsini alıb.  2008-ci ildən başlayaraq Azərbaycanda və xaricdə avtomobil yolları və körpülərin tikintisində özünün bilik və bacarığından istifadə etməklə böyük uğurlara imza atıb. Şirkətdə mütəxəssis kimi böyük praktiki təcrübə qazanaraq əvəzolunmaz yol mühəndisi adını qazanır...

 44 Günlük Vətən müharibəsindən sonra Qarabağda qələbə qazanan dövlətimiz quruculuq işlərinə başlayıb. 

Ali Baş Komandan İlham Əliyevin Qarabağa Qayıdış Dövlət Proqramına start verməsi Qarabağda canlanma yaradıb. Tikinti, yol çəkilişi və minalardan təmizlənmə kimi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bu işə mükəlləf olanlar quruculuğa cəlb olunub...

  Elə Emin Məmmədov da layihə rəhbəri kimi işə başlayır. İlk olaraq Zəngilan Hava Limanının tikintisində fəal iştirak edir.

Bu məqsədlə Müdafiə Nazirliyinin sifarişi əsasında Hərbi təyinatlı təminat və təxliyə yollarının tikintisinə başlanır. 

Laçın və Kəlbəcər rayonlarının sərt ərazilərində yerləşən hərbi hissələrrə təminat və təxliyə yollarının çəkilməsi plan olaraq onların qarşısında duran ən vacib amillərdən biri olur. 

Hərbi təyinatlı yollarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yerləşən kəndlərin qəbiristalığının yollarını da 4-5-ci dərəcəli yol kimi işləyib hazırlayırlar. 

“Qisas” əməliyyatında təminat yolunun rolu

Yol mühəndisi bildirir ki, ““Qisas” əməliyyatını xüsusilə qeyd edə bilərəm. Dəniz səviyyəsindən 3450-3500 metr yüksəklikdə yerləşən hündürlüklər və sərt ərazilkərdə işləmək nə qədər çətin və təhlükəli olsa da, vətən sevgisi bizləri bu işdən və məsuliyyətdən heç vaxt çəkindirmədi. Əksinə, bir az da irəliyə gedərək iqlimi sərt və ərazisi keçilməz olan yerlərdə işimizin öhdəsindən uğurla gəlməyə nail olmuşuq. Bu bizim vətəndaşlıq borcumuz idi.  Bizim işimiz əsasən hərbi təyinatlı olsa da, əlavə olaraq digər işlərin görülməsində də səfərbər olmuşduq. Dəniz səviyyəsindən 3450-3500 metr yüksəklikdə sərt iqlim şərairində işləmək böyük fədakarlıq tələb edirdi. Hərbçilər öndə onların arxasında isə bizlər, daima irəliyə getmişik. Bu birlik qələbəmizin təmin olunmasında mühüm rol oynayıb.  Dağılmış kəndlərin giriş-çıxışındakı çətinlikləri yerindəcə aradan qaldırmışıq”. 

Qar və çovğunda 24 saat çalışdıq

Layihə rəhbəri sözlərinə davam edərək söyləyir: “Elə anlar olurdu ki, qışın sərt gecələrində işimizi davam eləmək məcburiyyətində qalırdıq.  Laçın-Kəlbəcər yolunun Ermənistan dövlət sərhəddinə yaxın olan ərazisində böyük çətinliklə üzləşmişdik.

Hətta bir dəfə xəbər verildi ki, dağın başında keşikdə dayanan hərbçilərə təminat çatışmazlığı yaranıb.  Hərbi kalon yolda qalıb. Biz dərhal hərəkətə keçdik. 24 saat çalışdıq. Qar və çovğun bizi qorxutmadı. Yollardakı qar kütləsini təmizlədik və əsgərlərin yanına yetişdik. General Münasib Babayev də bizimlə birlikdə idi. Şaxta o qədər güclü idi ki, texnikalar çətinliklə hərəkət edirdi. Yolu görmək mümkün deyildi. Həmin gecəni biz orada qaldıq. Çovğun və qasırğadan xilas olub nəhayət, yolu açmağa nail olduq. Əsgərlərin təminatı  verildi, ehtiyacları ödənildi, hərbi kalonu çətinlikdən qurtardıq”.

“Sarıbaba ” yüksəkliyinə yol çəkdik, generallar da bizimlə birlikdə idi

Bütün çətinliklərə baxmayaraq, təminat və təxliyə işlərini davam etdirən layihə rəhbəri növbəti yol çəkilişindən danışır: ““Sarıbaba” yüksəkliyinə təminat yolunun çəkilişini heç vaxt yadımdan çıxara bilmirəm. Relyef  qorxulu, iqlim sərt idi.  Biz dərhal bütün texnikaları işə cəlb elədik. Dağılıq və sıldırım relyefi olan bu yüksəkliyə yolu ancaq təcrübəli yol işçiləri çəkə bilərdi. Ancaq bu çətinliklər bizləri heç vaxt işimizdən çəkindirmədi. Biz təminat və təxliyə yolunun çəkilişinə başladıq. Bu işdə bizə hərbçilər də köməklik edirdi. Qısa vaxt ərzində bu işin öhdəsindən gəldik.  Bu təminat yolu MN-nin general heyətinin xoşuna gəlmişdi və bizim əməyimizi təltiflərlə qiymətləndirldi. Generallardan Kərim Vəliyev, Anar Kərimov, Vasif Kazımov, Hilal Nəcəfov və Münasib Babayev yolların çəkilişinə birbaşa nəzarət edir, məsləhətlərini verirdilər. Bütün bunlar bizim gördüyümüz işlərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərirdi. 

MN-nin baş qərərgah rəisi  Kərim Vəliyev “Sarıbaba” yüksəkliyinə çəkdiyimiz yolla bağlı bizi fəxri fərman və digər mükafatlatla təltif  etdi. Hətta MN-nin təsis elədiyi qol saatı ilə  mükafatlandırıldıq”. 

“BÖYÜK İŞIQLI” dağ yüksəkli uğrunda gedən döyüşlərdə əsgərlərlə çiyin-çiyinə idik

 Daha bir yüksəkliyə çəkilən yol barədə çətinliklərdən söz açan Emin müəllimin danışdıqlarından: “Döyüş gedə-gedə biz də sərt qayalarla savaşır, əsgərlərimizə təminatı vaxtında çatdırırdıq. Bunu qürur hissi ilə qeyd eləmək istəyirəm. Azərbaycan əsgərindən güclü əsgər yer üzündə yoxdur. Əsgərlərimiz sərt qaylar, sıldırımlarla irəliləyərək erməniləri qovur, biz isə onların arxasınca yolları çəkirdik. “Qaragöl” istiqamətində də təminat və təxliyə yollarını çəkdik. 12-13 sentyabr  2022-ci ildə hərbçilərimiz həmin yüksəkliyi ermənilərdən təmizlədi, biz də yolları çəkdik.  19-20 sentyabr 2023-cü ildə 24 saatlıq Lokal Antiterror əməliyyatında da bizim texnikalar mənim rəhbərliyim altında təminat və təxliyyə yollarının çəkiliş və maneələrin aradan qaldırılmasına cəlb olunmuşdu. Çox şükürlər olsun ki, bu şərəfli işin də öhdəsində uğurla gəldik. Sevinirik ki, Qarabağın azad olunmasında az da olsa, bizim də əməyimiz olub. Bizlər vətənə təmənna güdmədən xidmət eləmişik. Bu xidmətimizlə həmişə qürur duyacağıq.

Vətənə təmənnasız göstərdiyim xidmətə görə, Azərbaycan Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri cəmiyyəti məni medallarla təltif edib”. 

İndi İşimizi AĞDAMDA davam etdiririk

Layihə rəhbəri Emin müəllimin Ağdamdakı tikinti və  abadlıq işlərinə cəlb olunmasını isə xüsusilə qeyd edir. ““Qarabağa Böyük Qayıdış” dövlət Proqramı çərçivəsində Ağdamda işlərimizi davam etdiririk.  Ağdam ərazisində ikinci faza yaşayış massivinə yolların çəkilməsi kimi qarşımızda böyük tapşırıqlar qoyulub. 

Ağdamda böyük tikinti işləri aparılır. 2025-ci ildə Cənab Prezidentin göstərişi ilə Ağdama qayıdış təmin olunacaq. Qeyd edim ki, yolların çəkilişi və əhalinin rahat gediş-gəlişinin təmin edilməsi bizim əsas vəzifəmizdir. Bu məqsədlə artıq işə başlamışıq. Işimizi sevə-sevə görürük. Çünki illərdir həsrətində olduğumuz torpağımıza qayıtmışıq. 

Qisasımızı almışıq. Allah Ali Baş Komandan başda olmaqla əsgər və zabitlərimizi qorusun, ŞƏHİDLƏRİMİZƏ rəhmət diləyirəm, qazilərimizə cansağlığı arzulayıram”. 

Subut Mehdiyev​​​​​​​​​​​​​​

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo

29 dekabr

14:21 - Zelenski Trampdan 50 illik zəmanət istəyir14:18 - Prezident ailəsi ilə "Ağ Şəhər"də olub - FOTOLAR14:15 - Zalujnı Kiyevə qayıdır...

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR