"Yasamal-6" MTK sakinlərin hüquqlarını pozur: Komendantdan "reketsayağı" AÇIQLAMA - FOTOLAR

08 oktyabr, 2024 16:48

Yasamal rayonu H.Zərdabi 84 ünvanında yerləşən və “Yasamal-6” MTK-ya məxsus binanın bir qrup sakini Azsiayset.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb.

Redaksiyaya daxil olan məlumatda göstərilir ki, kommunal xidmətləri ödəməyən azsaylı sakinlərə görə ümumən binanın liftlərini söndürürlür: 

​​​​​​​“Təbii ki, bunu özbaşına etmirlər. Komendant Rahib Mirzağa oğlu Əliyev məsuliyyətini dərk etmir, binanın problemlərini həll etmir. Sizə fotolar göndərmişik. Açıq görünür ki, bloklar natəmiz vəziyyətdədir. Təmizlik işləri görülmür. Əgər hansısa sakin kommunal ödəmirsə, məhkəməyə müraciət etsinlər, daha blokun liftlərini söndürərək bütün sakinlərin hüquqlarını pozmaq nəyə lazımdır? Bu, tamamilə qanunaziddir”.

Sakinlər bildirirlər ki, binadakı problemlər bununla bitmir. MTK-nın işçiləri və komendant blokdakı liftlərin knopkalarını çıxarır ki, liftlər işləməsin və insanlar istifadə edə bilməsinlər.

Eləcə də MTK nizamnaməyə zidd olaraq, binanın ərazisində imzaları saxtalaşdırıb və 7000 manat müqabilində ərazini obyektə satıb.

Ən dəhşətlisi budur ki, MTK öz cərimələrini binanın cəriməsi kimi sakinlərin pulları və kommunaları hesabına ödətdirir.

Sakinlər bildirirlər ki, Rahib Mirzağa oğlu Əliyev barəsində məhkəmə qərarları da var.

Məsələ ilə bağlı komendant Rahib Mirzağa oğlu Əliyevin də fikirlərini öyrənməyə çalışdıq. O, Azsiayset.az-a açıqlamasında bildirdi ki,  bəli, binanın lifltərini qəsdən söndürürük:

“Düz edirik. Binada 118 mənzil var, bu mənzillərdən 8-i kommunal ödəmir. Ona görə də hamını liftini söndürürük”.

Əməkdaşımız bir neçə sakinin borcuna görə ümumilikdə bütün sakinlərin hüquqlarının pozulmasının qanunsuz addım olduğunu xatırladan sonra R.Əliyev bu sözləri deyərək telefonda bağladı: “Gəlsinlər, pulu ödəsinlər. Bütün binanın sakinləri bizə haqq verir, deyirlər ki, düz edib liftləri söndürürsüz. Sizə kimlər şikayət edib bilmirəm, amma bütün bina bizdən razıdır”.

Məsələni diqqətdə saxlayacaq və binanın problemlərini yerində araşdıracağıq.

Qeyd edək ki, MTK tərəfindən yaradılan bütün bu neqativlər Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan ciddi qanunsuzluqlardır.

İnzibati Xətalar Məcəlləsində göstərilir:

Maddə 393. Yaşayış sahələrindən istifadə qaydalarının pozulması

393.1. Yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə -

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir

393.2. Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə

fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

393.3. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa -

fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

393.4. Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -

fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR