Sahibkarlardan Prezidentə müraciət: "Bizi bank soyğunçuluğundan xilas edin!" - ŞİKAYƏT

14 oktyabr, 2024 16:47

Sahibkarlar Prezident İlham Əliyevdən imdad diləyirlər... Bizi bank soyğunçuluğundan xilas edin! Yaxud “Bank of Baku“ ilə hakimlərim marağı harada toqquşur?

Vətəndaşların, sahibkarların banklardan olan şikayətlərinin ardı-arası kəsilmir. Bu dəfə "Azər-Aqro""Azər-Kuban" şirkətlərinin rəhbərləri "Bank of Baku"dan şiakyətçidir. 

Redaksiyamıza “Azər-Aqro” və “Azər-Kuban “ MMC-nin rəhbərləri S.Əsgərov və V.Əkbərovun imzası ilə Prezident İlham Əliyevə ünvanlanmış şikayət ərizəsi daxil olmuşdur. Sahibkarların uzun illərdən bəri məkhəmə salonlarında etdikləri haqlı mücadilə və hakimlərin hansısa maraqdan bankın xeyrinə çıxardıqları qüsurlu qırarların çılpaqlığını aydın göstərmək üçün həmin şikayət məktubunu olduğu kimi kimi təqdim edirik:

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə Hüquq Şurasının Sədri cənab İman Kərimova

Surəti: Azərbaycan Respublikası Baş prakuroru cənab Kamran Əliyevə “Azər Aqro və Azər Kuban” MMC-lərin rəhbərləri S.Əsgərov və V.Əkbərov tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ: 

“Azər-Aqro”Ltd şirkətinə (“Borcalan”)“Bank of Baku”ASC-dən 14.06.2011-ci il tarixində 500 000 AZN məbləğində 60 ay müddətinə kredit ayrılmışdır. Kreditin təminatı həmin bankın depozit hesabında “Borcalana” məxsus 550 000 AZN məbləğində əmanətdə olan pul vəsaiti və ona hər ay hesablanmış 7791,67 AZN faiz gəlilərinin “ Pul vəsaitinin girovu müqaviləsi” olmuşdur. Kreditin bitmə tarixinə hələ 32 ay qalmış, banka “Bopcalanın “ hec bir gecikdirilməsi olmdığı bir halda “Azər-Aqro”Ltd şirkətini bank məhkəməyə vermişdir. 1 sayh Bakı İnzibati- İqtisadi Məhkəməsi də məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsadətimizi bankın təklifi ilə təmin etməyərək, ekspertiza keçirmədən 02.06.2015 -ci il tarixli bankın xeyrinə əsas borcdan 500 000 AZN, faiz borcundan isə 104417.60 AZN olmaqla cəmi 604417,6 AZN borcun olması ,yəni hec bir manat ödəniş aparılmadığı barədə tələsik, natamam, ziddiyyətlərlə dolu olan qətnamə çıxarmışdır. Həmin qətnamədən apelliyasiya şikayəti verilmiş, 11.11.2016-ci il tarixindən, 07.07.2018-ci il tarixinədək 3 (üc) dəfə məhkəmə mühasibatlıq, 1 (bir) dəfə sənədlərin texniki ekspertizası cəmi 4 (dörd) dəfə məhkəmə ekspertizası keçirilmiş ,eyni məzmunlu ekspert rəylərinin nəticələrinə , işdə olan mötəbər sübutlara əsaslanılaraq Bakı Apelliyasiya Məhkəməsinin 1-ci və 2-ci apelliyasiya baxışları zamanı işə baxan məhkəmə kollegiyaları, “Azər-Aqro”Ltd şirkətinin banka hec bir borcunun olmadığını, əksinə bankın “Borcalanların” hesabından xeyli miqdarda artıq vəsaitini özbaşına silərək mənimsədiyini, ödəniş qəbzlərinin üzərində bankın baş idarəsinə məxsus 506924 saylı bank kodunun bank tərəfindən dəyişdirilərək, yalnız bankın özünə məlum olan, Dövlətin heç bir adiyyatı orqanlarında qeydiyyatdan keçməyən, bankın ikinci qara mühasibatlıgında istifadə etdiyi 506567-saylı saxta kodla dəyişdirildiyi sübuta yetirilmişdir.

Aparılan hər dörd Ekspertiza araşdırmaları zamanı aşkar edilmişdir ki, “Bank of Baku“ASC „Borcalana” kredit verilənə qədər ödəniş qəbzlərinin üzərində bankın 506924 sayh düzgün kodunun, kredit verilən gündən məhkəmə mübahisəsi başlayan ana qədər isə ikili qara mühasibatlıqda bankın özündən başqa hec kəsə məlum olmayan 506567 saylı saxta koddan, məhkəmə mübahisəsi başalayandan sonra isə yenidən düzgün 506924 bank kodundan istifadə edərək "Borcalanın" ödənişlərinin təyinatlarını bu yolla kredit verilən andan məhkəmə mübahisəsi başlayan ana qədər dəyişərək mənimsəmişdir!.. 11.09.2017-ci il tarixində aparılan ekspertiza tədqiqatları zamanı bankın əməlində aşkar edilmiş bu və digər cinayət hallarının araşdırılması ilə bağlı 2-l(103)-08/l7 saylı məhkəmə Xüsusi Qərardad çıxararaq iş materiallarının surətini araşdırılması üçün Baş Prokrorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilərək, 11.09.2017 ci il № 2-1(103)-08/l7 saylı (hakim Cahangir Yusifov), 24.07.2019- cü il № 2-2 (103)84/2019 saylı (Hakim Kəmalə xanim Abıyeva ) Qətnamələri ilə 1-sayh Bakı İnzibati İqtisadi Məhkəməsinin heç bir araşdırması və ekspertizası keçirilmədən bankın xeyrinə cixarılmış 02.06.2015-ci il tarixli qətnaməsi 2 dəfə dalbadal ifşa olunaraq, ləğv edilmişdir.

Bank qətnamələrdən kasassiya şikayəti vermiş, kasassiya kollegiyası işi “Azər-Aqro” Ltd şirkətinin bankdan ayrılmış 500 000 AZN kreditin girovu kimi həmin bankın əmanət hesabında “Borcalana” məxsus olan 550 000 AZN pul vəsaiti və ona hesablanmış hər ay ücün 7791,67 AZN əmanətin faiz gəlirlərindən bağlanmış müqavilələrə əsasən akseptsiz olaraq, kredit borcuna silinəcəyi bir halda nə əsas məbləğdən, nə də əmanətdən daxil olan faiz gəlirlərindən bir manat da olsun bu kredit borcuna silinməməsi səbəbi ilə bağlı kompleks məhkəmə mühasibatlıq ekspertizası keçirmək məqsədi ilə işi dördüncü dəfə təkirar apelliyasiya baxışına qaytarmışdır. 28.01. 2022- ci il tarixində Bakı Apelliyasiya məhkəməsinin məruzəçi hakimi Aidə Hüseyn isə Ali Məhkəmənin bu xüsusi və məcburi tapşırığına məhəl qoymadan, ilk gündən bankın təsirinə məruz qalaraq Xarici Audit Reyi əldə edilməsi ilə bağli qərardad çıxarmışdır.

Azərbaycanda fəaliyyət göstərən bütün xarici audit firmalarının filalları isə “Bank of Baku”ASC- nin əməlində cinayət halları ilə bağlı məhkəmənin 11.09.2017- ci il tarixli Xüsusi Qərardadı ilə tanış olduğdan, işin bununla bağlı istintaqinın davam etməsini bildikdən , işdən sonra olan mötəbər sübutlarla tanış olduğdan, bankın 12 il dalbadal törətdiyi saxtakarlıqlarla bağlı məhkəmələri uduzduğun görüb, məruzəçi hakim Aidə Hüseynin çıxardığı qərardadı icra etməkdən bir mənalı imtina etmişlər. Xarici Audit Rəyinin məhkəmə qərardadı ilə l(bir) aya təqdim edilməsinə verilmiş müddətdən 9 ay ərzində icra olunmadığını görən “Borcalanın”nümayəndəsi sonuncu kasassiya kollegiyalarınin qərarının 83-cü paraqrafını, “Audit xidmeti haqqında “ Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsini əsas tutaraq. Xarici Audit qarşısında məhkəmənin qərarı ilə hakim Aidə Hüseynin qoyduğu 18 sualın cavablandırılması məqsədi ilə dövlət sifarişlərinin icasına icazəsi olan Auditlə müqavilə bağlayıb, 02.09.2022-ci il tarixində bankın bu kredit müqaviləsi ilə mübahisələndirdiyi “Azər -Kuban”MMC üzrə də digər 2 (iki) kredit müqavilələri ilə də birlikdə “vaxtı keçmiş kredit”adı altında “borcalanın hesabından 1.530.480,24 AZN məbləğində vəsaitini bank əsası məlum olmayan hesablara silməklə mənimsəməsi barədə obyektiv Audit rəyini tərtib edərək məruzəçi Hakim Aidə Hüseynə rəsmi qaydada təqdim edilmişdir. Hakim Aidə Hüseyn isə özünün xarici Audit qarşısında qoyduğu 18-sualı ovyektiv cavablandıran bu Audit Rəyini gizlədərək onun əvəzində 21.10.2022-ci il tarixində Ali məhkəmənin xüsusi, vacib və məcburi tapşırığı ilə əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizası keçirmək əvəzinə, ilkin-adi məhkəmə mühasibatlıq ekspertizasi keçiriləsi barədə “Məhkəmə ekspertizasının fəaliyyəti haqqında “ AR Qanununun 15-ci maddəsini kobud surətdə pozaraq qərardad cıxarmiş, həmin qərardadla da 17.03.2023-cü il tarixində № 9/7970 saylı natamam ,ziddiyyətlərlə dolu Ekspert Rəy verilmişdir.

Ekspert isə kredit müqaviləsinin 2.5 maddəsinə zidd olaraq tədqiqati bu işlə bağlı əvvəllər 4 dəfə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarından və 1 (bir ) audit rəyindən fərqli olaraq kreditin qalığını və mövcudluğunu müəyyən etmək ücün kreditin uçotunun aparıldığı müvafiq ssuda hesablarından çıxarış sənədlərinə görə deyil, müqavilənin hec bir bəndində göstərilməyən cari- təsərrüfat hesabından çıxarış və bank mədaxil qəbzlərinə görə tədqiqat aparmaqla “Azərbaycan Respublikasının Banklar haqqında Qanun”un, Mərkəzi Bankın müvafiq təlimat və qaydalarını kobud surətdə bilərəkdən pozmuşdur. Məhkəmənin ekspertin qarşısında qoyduğu sualda ekspert işin mahiyyəti ücün әп vacib məqam olan müddətləri və bu müddətlər üzrə ödəniş cədvəllərinə uyğun aparılmış ödənişlərin tarixlərini saxtalaşdıraraq, məhkəməyə bilə-bilə yalan Rəy vermişdir. Eyni zamanda da üstəlik Məhkəmənin sualında qoyulmuş ;- “ əslləri bankın möhürü ilə təsdiq edilmş iş materiallarında olan, kreditin mövcudluğunu təsdiq edən və ücotu aparılan , yeganə hüquqi gücə malik müvafiq ssuda hesablarından çıxarış sənədlərindəki ödənişlərin də ekspert tədqiqatını aparmiyaraq tədqiqatdan gizlədərək, 1-saylı Bakı inzibati iqtisadi məhkəməsinin hec bir araşdırması, ekspertizası, auditi keçirilməyən, 1 -ci və 2-ci apellyasiya baxişları zamanı da dalbadal ləğv edilmş 8-il budan əvvəlki (8-il ərzində aparılan ödənişləri, silinmələri, köçürmələri də belə tədqiq etmədən) 02.06.2015-ci il tarixində bankın xeyrinə tələsik çıxarılmış natamam qətnamədə göstərilmiş 604417 azn məbləğinə uyğun guya “Azər-Aqro”Ltd-nin Banka borcu olması ilə bağlı məhkəməyə doğru olmayan saxta, natamam ziddiyyətlərlə dolu olan Rəy vermişdir.

Məhkəmənin çıxardığı qətnamənin təsviri və əsaslandırıcı hissəsindən isə acıq aydın görünür ki ,məhkəmə kollegiyası, məruzəçi hakim Aidə Hüseyn işdə olan mötəbər sübutlara deyil.yalnız ekspertin doğru olmayan 17.02.2023 -cü il tarixli №7/7970 saylı natamam, ziddiyyətli və şəxsi maraq zəminində təqdim etdiyi saxtalaşdırılıb,təhrif edilmiş ekspert Rəyinə əsaslanıb, əsassız Qətnamə çıxarmışdır. Ekspertin bilə - bilə verdiyi saxta Rəyin əsasında çıxarılmış Əsassız Qətnamə də 13 il uduzduqdan sonra birdən - birə bu natamam ekspert Rəyinə əsasən tam hüquqi qüvvəsini almışdır. AR MPM-nin 432, 432.1 maddəsində göstərilir : “Qanunu qüvvüyə minmiş məhkəmə aktlarına yeni acılmış hallar üzrə yenidən baxıla bilər”. Həmin Məcəllənin 432.2.2- ci maddəsində göstərilir; Əsassız qətnamənin çıxarılmasına səbəb olmuş eksppertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə -bilə düzgün tərcümə etməməsi , sənədlərin və maddi sübutların saxtalığı müəyyən edildiyi hallarda yeni açılmış hal kimi baxila bilər.

İş materiallarında olan Mötəbər sübutlar bir daha bankın sənədlərini saxtalaşdirması, ikili qara mühasibatlıqda iki bank kodundan istifadə,ödənişlərin bu cür yolla „ vaxtı keçmiş kredit “ adı altında kreditə ödənilmiş vəsaitlərin təyinatlarının dəyişdirilərək, vəsaitlərin mənimsənilməsi, qəbzlərin saxtalaşdirılması “vaxtı keçmiş kredit" bank şərhi ilə əsası məlum olmayan bank əməliyyatlarının aparılması, ekspertin isə iddia müddətinin, ödəmə qrqfıklərinə görə ödənişlərin uyğun olmayan müddətlərdə təhrif edilərək, yeganə hüquqi gücə malik ödəniş müvafiq ssuda hesablarından çıxarış sənədlərində kreditin ödənişi üçün aparılmış köçürmələri, silinmələri, məqsədli qaydada,şəxsi maraq zəmnində təhrif etməsi,gizlətməsi mənimsənilməsi və sair.

“Bank of Baku” ASC ilə “Azər Aqro”LTD arasında bağlanmış kredit müqaviləsi üzrə Bakı Apelyasiya məhkəməsinin Hakim Aidə Hüseynin özunun Xarici Audit qarşısında qoyduğu 18 sualdan 17 –ni çıxararaq , Ali məhkəmənin qərarlarında göstərilən xüsusi və məcburi tapşırıqlara məhəl qoyulmadan komission ekspertiza əvəzinə,ilkin məhkəmə ekspertizası keçirilməsi ilə bağlı keçirdiyi ekspertiza zamanı da Ekspertin bilə-bilə yalan Rəy verməsi,işdə olan sənədlərin bank tərəfindən saxtalaşdırılması, hakimin şəxsi marağı zəminində Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında dəfələrlə göstərilən xüsusi, vacib məcburi tapşırıqlara əhəmiyyət vermiyərək, dövlət icrasına icazəsi olan yerli Audit tərəfindən obyektiv yoxlanılaraq tərtib edilmiş Audit Rəyinin hakim Aidə Hüseyinin tərəfindən gizlətməsi və sair, Əsassız Qətnamənin çıxarılmasına səbəb olmuşdur.

Bir sözlə Bakı Apellyasiya Məhkəməsinin 21.10.2022-ci il tarixli qərardadı çıxarılarkən “məhkəmə ekspertizasının fəaliyyəti haqqında“ AR- nin Qanunun 15-ci 20,21,22,24 - cü maddələrini kobud surətdə pozmaqla kompleks məhkəmə ekspertizası keçirmək əvəzinə keçirilmiş ilkin məhkəmə- mühasibathq ekspertizasının yekun nəticələri ilə məhkəməyə təqdim olunmuş 17.03.2023-cü il tarixli № 9/7970 saylı natamam ekspert Rəyi bilə-bilə təhrif edilərək, saxtalaşdırıldığına görə Əsassız Qətnamənin çıxarılmasına səbəb olmuşdur. Odur ki, yuxarıda göstərilən mötəbər sübutları nəzərə alaraq: 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 432.1, 432.2.2, 432.2.3 maddələrinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 17.03.2023- cü il tarixli 2- 2(103)-10/2023 saylı Əsassız Çıxarılmış Qətnamənin ləğv edilərək, yeni açılmış hal kimi yenidən adiyatı üzrə baxılmasını,Qanunlarımızın Aliliyi çərçivəsində araşdırılaraq Ədalətli nəticəyə gəlinməsini, 2. Bakı Apelliyasiya Məhkəməsinin 11.09.2017-ci il tarixli 2-l(103)-08/17-saylı məhkəmənin Xüsusi Qərardadı ilə ”Bank of Baku “ ASC-nin əməllərində 4 dəfə keçirilən məhkəmə ekspertizalarının eyni məzmunlu nəticə Rəylərinə görə aşkar edilmiş cinayət halı ilə bağlı Baş Prokrorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işinin tezləşdirilib, obyektiv nəticə əldə edilini Sizdən Xahiş Edirik .

“Azər-Kuban “ və“Azər Aqro”MMC-rin rəhbərləri: S.Əskərov və V.Əsgərov

P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı