"Veysəloğlu" şirkətinin təşkil etdiyi "V-Cup" voleybol turnirinin qalibləri məlum oldu - FOTOLAR

16 oktyabr, 2024 15:36

Veysəloğlu Şirkətlər Qrupunun 30 illik yubiley fəaliyyətləri çərçivəsində Azərbaycan Voleybol Federasiyasının tərəfdaşlığı ilə keçirilən "V-Cup" adlı voleybol turniri yekunlaşıb.

"Azsiyaset" xəbər verir ki, turnirdə 44 komanda iştirak edib. 13 iyuldan 12 oktyabra qədər davam edən yarışda "Veysəloğlu Distribusiya" 17, "Araz" 16, "Oba" 9, "Mərkəz" isə 2 komanda ilə təmsil olunub.

Turnirin ilk mərhələsi qrup formatında keçirilib, sonrakı mərhələlər isə Olimpiya sistemi ilə finala qədər davam edib. Azərbaycan Voleybol Federasiyasının Dərnəgüldəki voleybol bazasında baş tutan final mərhələsində birinci və ikinci yerlər üçün "Veysəloğlu Maliyyə" və "CRM" komandaları, üçüncü yer üçün isə "Jesto" və "Xonça" komandaları mübarizə aparıb.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərin əməkdaşlarının və onların ailə üzvlərinin  böyük azarkeş dəstəyi ilə yekunlaşan yarışın son nəticələrinə uyğun olaraq, ilk yerlər  belə müəyyənləşib: birinci və ikinci yerin qalibləri "Veysəloğlu Distribusiya" şirkətinin "CRM" və "Maliyyə" komandaları olub.

Üçüncü yeri isə "Ulduz" şokolad fabrikinin "Jesto" komandası əldə edib. Turnirin qaliblərinə mükafatlar verilib. Əlavə olaraq, turnirdə iştirak edən 450-dən çox iştirakçı sertifikatla təltif olunub. Qaliblərin təltifetmə mərasimində Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov, şirkətin rəhbərliyində təmsil olunan digər şəxslər , Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov və Federasiyanın baş katibi  Faiq Orucov  da iştirak edib.

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp