Sabiq baş nazir oğlunu cəbhəyə yola saldı: “Bu şərəf hər kəsə nəsib olmur” - MÜSAHİBƏ

04 noyabr, 2020 13:09

Pənah Hüseyn “Vaqif yola düşəndə, ilk dəfə onun üzündən öpdüm”
 

Azərbaycanın sabiq Baş naziri Pənah Hüseynin oğlu Vaqif Hüseyn də zabit kimi Vətən müharibəsinə döyüşməyə yollanıb.

Azsiyasət.com xəbər verir ki, Pənah Hüseyn zabit oğlu barədə modern.az-ın suallarını cavablandırıb.


- Pənah bəy, artıq siz də oğlu cəbhədə döyüşən atalardansınız. Bir ata kimi əsgərlərimizə nə sözünüz var?

- Bütün əsgərlərimizə sağ-salamat qələbə ilə evlərinə qayıtmalarını arzulayıram. Birincisi, vətənə xidmət qanuni borcumuzdur. İkincisi, vətən uğrunda savaşmaq da bir şərəfdir. Bu şərəf hər kəsə nəsib olmur. Mən də iftixar və fəxr hissi keçirirəm ki, oğlum vətən uğrunda savaşa gedib. İşimiz də haqq işidir. İnşallah, tezliklə düşməni torpaqlarımızdan qovacağıq. Nəvələrimizə, övladlarımıza güclü, qüdrətli və böyük Azərbaycan bəxş edəcəyik. İnşallah, çox yaxın zamanlarda biz də şəhidlərimizin ruhu qarşısında başımız dik gəzə biləcəyik.


- Oğlunuzun cəbhəyə getməsini anası və övladları necə qarşıladı? Bilirsiniz ki, bu məsələdə analar daha həssasdır.

- Düzü, dünən yox, srağagün bildik. Dünən də yola salmışıq. Artıq hərbi hissələrin birindədir. Analar həmişə ağlayır. Onları təsəlli etmək çox çətindir. Vaqifin iki oğul övladı var. Özü İstanbul Universitetinin əyani doktorantıdır. 4 xarici dil bilir. Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin magistr dərəcəsinin birinci pilləsində təhsil alıb. AMEA-nın aspiranturasını bitirib. Bir ata kimi düşünürəm ki, hazırda ən vacib iş düşmənlə savaşmaqdır.


- Nəvələriniz atalarının ermənilərlə savaşa getməsinə necə reaksiya verdilər?

- Nəvələrim həyatı dərk edəcək yaşdadırlar. Böyük nəvəm təmkinlidir. Balaca isə “atamdan ötrü darıxıram” deyir. Qızımın da 2 uşağı var. Dünən oğlumu yola salanda  Səlcuq adlı 3 yaşlı nəvəm deyirdi ki, “mən özüm gedəcəm döyüşə. Düşməni raketlə vuracam”. Yəni ailədəki uşaqlarımız da bu düşüncədədir. Ancaq hamımızın bir istəyi var. Torpaqlarımızın azadlığından sonra uşaqlarımız müharibəyə yox, sülhə hazırlaşmalıdır. Bir gerçəklik də odur ki, oğlan uşaqlarımız vətən üçün savaşmayacaqsa, nəyə yarayacaqlar?!.


- İnşallah, hamısı salamat qayıdar. Siz 1990-cı illərdə hakimiyyətdə təmsil olunmusunuz.  Baş nazir olmusuz.  Hər halda, Birinci Qarabağ savaşı ilə İkinci Qarabağ savaşını müqayisə etməyə haqqınız çatır. Sizcə, Birinci Qarabağ savaşında niyə bugünkü kimi güc nümayiş etdirə bilmədik?

- Müqayisə etmək dedikdə, 30 ildən sonrakı ordu tamam başqa silahlarla silahlanıb. 30 ildə dövlətimiz formalaşıb. O dövrdə xalq özü ayağa qalxmışdı. Onda müstəqilliyimizin 1-2 illik tarixi vardı. Buna baxmayaraq, hadisələri çox yaxşı xatırlayıram. Hələ 1989-cu ildən (heç müstəqil deyildik- P.H.)  sonra hər kəs ov tüfənglərini götürüb cəbhəyə yollanmışdı. O dövrdə də bizim uğurlarımız olub.  1992-ci ilin yayında Qarabağın yarısını o zamankı Ordu azad  etmişdi. Təxminən on minə yaxın şəhidimiz olmuşdu. Nə qədər Milli Qəhrəmanlarımız var. Hesab edirəm ki, siyasi hakimiyyətdə iqtidar-müxalifət gəldi-gedərdi. Ancaq xalq 30 ildir ki, öz torpağı uğrunda savaşır. Bu gün şəhid olanların yaşlarına baxıram. Bir çoxu 2000-ci il və ondan sonra dünyaya gələnlərdir. Onların yaşı münaqişənin yaşından azdır. Şükürlər olsun ki, bu gün müasir və güclü ordumuz var. Əsgərlərimiz, generallarımız 21-ci əsrin müharibəsini aparırlar. Bütün dünya da bunu görür.


- Pənah bəy, oğul üçün ana başqa, həyat yoldaşı başqa, övlad bir başqadır. Amma “atalar və oğullar məsələsi” hər dövr üçün aktualdır. Oğlunuz cəbhəyə getməzdən öncə güman ki, ata-oğul söhbətiniz oldu? Nə məsləhət verdiniz?

- Sizə durub deyim ki, heç həyəcanlanmadım, bu doğru olmaz. Mən də həyəcanlandım. Digər tərəfdən isə oğlumun noyabrın 9-da 40 yaşı olacaq. Kifayət qədər yetkin insandır. Bir çox məsələləri məndən az yox, hətta çox bilir. Oğlumu yola salanda qaydanı pozdum. İlk dəfə onun üzündən öpdüm. Çünki bizim nəsildə övladla bu cür mehribanlıq olmur. Nəvələrim və kiçik uşaqlar bu məsələdə başqadır. “Hamı kimi qələbə ilə qayıdasan!” dedim. Dualarımız cəbhədə döyüşən oğullarımızladır. Burada mənimki səninki söhbəti ola bilməz. Azərbaycan əsgəri hamımızındır. Tanrı qorusun!

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR