Muxtar Babayev ov sezonunu niyə açmır?

09 dekabr, 2024 13:04

Hər ilin sentyabr ayında ov sezonuna start verilirdi. Amma COP29-a hazırlıq tədbirlərinin tərkib hissəsi kimi 2024-cü ilin yanvar ayında ov sezonu dayandırıldı. Şəksiz, ölkənin imici ilə bağlı bu istiqamətdə də hər hansı neqativlərin yaranmaması üçün atılan bu addım anlayışla qəbul edilməlidir.

Lakin Azərbaycan COP29 tədbirini uğurla başa vurdu, ölkənin, təşkilatçıların, tədbirin hədəflərinin imicinə kölgə salacaq heç bir neqativ hadisə baş vermədi, postCOP29 dövründə "törəmə problemlər" də meydana çıxmadı. Əksinə Azərbaycan qərəzli və sistemli hücumların fonunda COP-la bağlı mühüm missiyanı ən üst səviyyədə reallaşdırdı. COP29 noyabrın 22-də bitdi, qonaqlar da öz ölkəsinə qayıtdılar. Hazırda tədbirin hədəfləri istiqamətində Azərbaycan da, tərəfdaşlar da işləyirlər.

Bəs, bu zamana kimi ov sezonunun açılmamasının anlamı nədir? Artıq dekabr ayıdır. Fevral ayında ov sezonu yenidən və açılmadan bağlanacaq!?

Ovçuların müraciətini dinlədim və hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bu problemi müsbət şəkildə həll etməli, sezonu açmalıdır. Nə üçün?

Əvvəla, ov sezonu bağlı qaldıqca qanunsuz ovçuların sayı da artmış olacaq. Bu vəziyyət bir az da davam edərsə, qanunsuz ovçuluq mütəşəkkil forma alacaq, əlavə və kimlərinsə şəxsi maraqlarına xidmət edən neqativ hallara gətirib çıxaracaq.

Digər tərəfdən, ov sezonunda iqtisadiyyat az xeyir götürmür, ovçular xeyli pul xərcləyirlər, ov tüfəngləri, müxtəlif ləvazimatlar alınır, onlara lisenziyalar verilir və s.

Həmçinin, ümumi risklər insanların spesifik sahələri üzrə fəaliyyətini məhdudlaşdırmamalıdır. Bu mənada tam qapanma arzuolunan deyil.

Ovçuların mediaya davamlı müraciətləri nazir Muxtar Babayevə çatdırılmalıdır. O, bəlkə də bilir, bilirsə, nəyi gözləyir?

İnanmaq istəyirik ki, nazir ovçuların müraciətini, ov sezonunun daha əhəmiyyətli tərəflərini nəzərə alıb sezonun açılmasını daha çox ləngitməyəcək.

Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR