Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək
16 dekabr, 2024 13:59
Baş nazir Əli Əsədov Türkiyə ərazisindən Naxçıvana ikinci qaz xəttinin çəkilməsindən danışıb.
Bu barədə Baş nazir Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Prezidentin tapşırığı ilə 2004-cü ildən başlayaraq Naxçıvana qaz təminatı yerinə yetirilir. Orada bu gün qaz təminatı 100 %-dir. Buna baxmayaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ikinci xəttin Türkiyə ərazisindən Naxçıvana çəkilməsinə hazırlıq yüksək səviyyədədir”, - deyə Baş nazir bildirib.