Azərbaycanda kredit faizləri niyə yüksəlir?

03 fevral, 2025 10:47

Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır. Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da əksinə kredit faizlərində artımlar qeydə alınmaqdadır. Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir.

Bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. O, bildirib ki, Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar:

“O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. 1 il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da kredit faizləri də yüksələrək 13.19 faiz olub. Göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib. Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyli yüksəkdir. Kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır. Son bir ildə sistem əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır. Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki, kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR