Nizami RİH başçısı Sahibkarlar Günü ilə əlaqədar "Ulduz" şokolad fabrikini ziyarət edib - FOTOLAR

25 aprel, 2025 14:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sahibkarlar Günü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsində Veysəloğlu Şirkətlər Qrupuna məxsus “Ulduz” şokolad fabrikini ziyarət edib.

Rayon İcra Hakimiyyətinin başçısı Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov tərəfindən qarşılanıb və ilk öncə “Ulduz” fabrikinin icraçı direktoru Kazım Babayev ziyarətçilərə müəssisənin fəaliyyəti, yerli və xarici bazarlar üçün istehsal olunan məhsullar barədə ətraflı məlumat verib. Ardınca fabrikin məhsulları nümayiş etdirilib və istehsal prosesinin mərhələləri ilə yerində tanışlıq imkanı yaradılıb.

Fabrikin istehsal sahəsində keçirilən infotur zamanı müasir texnoloji avadanlıqların iş prinsipi, qablaşdırma və digər texnoloji proseslər barədə geniş məlumat verilib. Ziyarətçilər eyni zamanda fabrikin nəzdində fəaliyyət göstərən və ən müasir avadanlıqlarla təchiz olunmuş Mikrobioloji Laboratoriyanın fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki, laboratoriyada Şirkətlər Qrupuna daxil olan müxtəlif bizneslər üçün qida və qeyri-qida məhsullarının mikrobioloji analizi aparılır.

İnfoturun sonunda dəyirmi masa ətrafında müzakirələr aparılıb, Veysəloğlu Şirkətlər Qrupunun inkişaf dinamikasını əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Bildirib ki, Veysəloğlu Şirkətlər Qrupu kimi iri biznes nümunələrinin fəaliyyəti ölkənin iqtisadi gücünün artmasına və qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərir.

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov isə bildirib ki, ölkədə iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramların icra olunması ilə investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Aydın Talıbov qeyd edib ki, biznesin inkişafı üçün yaradılan münbit şərait Veysəloğlu Şirkətlər Qrupunun da dayanıqlı inkişafını təmin edir.

Hər iki tərəf bəyan edib ki, bu kimi təmaslar dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına mühüm töhfə verir. Sonda sahibkarlar üçün yaradılan şəraitə və onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlıq ifadə edilib.

30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir. Hazırda Şirkətlər Qrupunda 26 mindən artıq əməkdaş çalışır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR