Qazilər sakinlərin həyətində qanunsuz "moyka" tikir? - FOTOLAR

13 may, 2025 10:46

“Binamızın həyətində uşaqlar üçün park inşa etdirilməsi nəzərdə tutulan ərazidə qazilər qanunsuz olaraq avtoyuma məntəqəsi tikir”. 

Bu iddia ilə qafqazinfo.az-a Yeni Günəşli 5-ci massiv, bina 21-in sakinləri müraciət edib. 

Şikayətçilər bildirib ki, bununla bağlı sakinlərə heç bir xəbərdarlıq edilməyib: “Qazilər qrup halında mayın 9-u gecə saatlarında obyekti parka yerləşdiriblər, heç bir icazə sənədləri də yoxdur. Binamızın hər tərəfində park salınıb, bu ərazidə də salınması ilə bağlı qərar verilmişdi. Orada ağac əkməyə belə icazə verilmirdi. Necə oldu ki, bu adamlar belə addım atır?!”

Sakinlər bununla bağlı müvafiq qurumlara da şikayətlər ediblər: “Obyekti qeyri-iş günündə qoyduqları üçün aidiyyəti qurumlardan cavab ala bilməmişik, hələ də oradadır, qaldırılmayıb. Bütün sakinlər bundan narazıdır. 55 nəfər vətəndaş məsələ ilə bağlı polisə şikayət ərizəsi də yazıb”.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə verilən cavab isə belə oldu: “Vətən müharibəsi qazisi Hüseyn Fərəcov ona məxsus olduğunu iddia etdiyi sözügedən ərazidə yüngül konstruksiyalı qaraj qoyub, RİH tərəfindən vətəndaşa qarajın götürülməsi tövsiyə edilib”.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR