Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak edib - FOTOLAR

19 may, 2025 13:45

Bugünlərdə İtaliyanın Milan şəhərində keçirilmiş Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurasının 58-ci İllik Toplantısında Veysəloğlu Şirkətlər Qrupu nümayəndə heyəti ilə iştirak edib. Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunu aşağıdakı şəxslər təmsil ediblər:

Şirkətlər Qrupunun Baş Maliyyə Direktoru Könül Kərimova;

Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru Fərahim Hacıyev;

"OBA" Marketlər Şəbəkəsinin Maliyyə Direktoru Nurlan İsmayılov;

"Veysəloğlu" Distribusiyanın Maliyyə Direktoru Orxan Babayev.

Tədbir çərçivəsində Qrup nümayəndələri ADB-nin Azərbaycandakı ölkə direktoru Sunniya Durrani-Jamal və Ərzaq və Aqrobiznes İnvestisiya Komandasının rəhbəri Martin Lemoine ilə görüşlər keçiriblər. Görüşlərdə ərzaq təhlükəsizliyi, yaşıl iqtisadiyyat, dayanıqlı maliyyə modelləri, özəl sektor–dövlət tərəfdaşlığı çərçivəsində iqtisadiyyata dəstək və yeni əməkdaşlıq imkanları müzakirə olunub.

“Təcrübə paylaşımı, sabahın qurulması” mövzusuna həsr olunmuş builki toplantı ADB-yə üzv ölkələrin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarket MMC ilə Asiya İnkişaf Bankı arasında 2024-cü ilin noyabr ayında 17 milyon Azərbaycan manatı məbləğində kredit və 850 min manat həcmində texniki yardım qrantını əhatə edən maliyyə paketi üzrə müqavilə imzalanıb. Bu əməkdaşlıq ərzaq təhlükəsizliyinin gücləndirilməsi, təchizat zəncirinin inkişafı və 750-dən çox kiçik fermerin iqlimə davamlı kənd təsərrüfatı təcrübələri ilə dəstəklənməsini hədəfləyir.

Veysəloğlu Şirkətlər Qrupu ərzaq təhlükəsizliyi, təchizat zəncirinin inkişafı və logistika sahəsində dayanıqlı inkişafı dəstəkləyən layihələrin həm təşəbbüskarı, həm də icraçısı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verir.​​​​​​​

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR