"Vətəndaş babadan qalma evi sökür, yenisini tikməyə icazə verilmir" - Deputat

30 may, 2025 14:10

“Lerik rayonunda 17 kənd dövlət meşə fondu torpaqlarında yerləşir. Bu torpaqların ümumi sahəsi 477 ha təşkil edir. Keçən əsrin 90-cı illərində bu torpaqlar Dövlət Meşə Fonduna daxil edilib”. 

Bunu deputat Vasif Qafarov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Bu ərazilərdə uzun illərdir ki, əhali məskunlaşıb, yaşayış evləri tikilib, meşə ilə ötrülü olmayan sahələrdə əkin işləri aparılıb. Bir əsrdən çoxdur ki, həmin torpaqlar əhali tərəfindən əkin, biçənək və örüş sahəsi kimi istifadə olunur. İndi həmin kəndlərdə yaşayan vətəndaşlar özlərinə yeni ev tikə bilmirlər. Eyni zamanda, 50-60 il əvvəl tikdikləri evlərinə də çıxarış ala bilmirlər. 

Təsəvvür edin, vətəndaş yüz il bundan əvvəl babası tərəfindən tikilmiş köhnə evi sökür, onun yerində yeni ev tikmək istəyir. Bu zaman dövlət qurumları gəlirlər ki, bu torpaq Meşə Fonduna daxildir, burada tikinti aparmaq olmaz. Bu da əhalinin haqlı narazılığına səbəb olur.

Nazirlər Kabinetinin müvafiq məktubu ilə həmin torpaqların vətəndaşların xüsusi mülkiyyətinə verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müvafiq tapşırıq verilsə də, bu günə kimi bu məsələ öz həllini tapmayıb”.

“Bundan əlavə, torpaq islahatının aparılmasına dair tərtib olunmuş yerquruluşu layihələrində əksini tapan, eyni zamanda meşəquruluşu sxemlərində dövlət meşə fondu kimi göstərilən 250 hektar torpaq sahəsi də Dövlət Aktları əsasında vətəndaşlara pay torpağı kimi verilib. Bu torpaqların da dövlət meşə fonduna geri qaytarılması mümkün hesab edilmir. 

Ümumilikdə 727 ha təşkil edən bu torpaqların təyinatının dəyişdirilməsi və onların başqa torpaqlarla əvəzləşdirilməsi vacibdir.

Bu torpaqların əvəzləşdirilməsi mümkün hesab olunan sahələr bələdiyyələr və ərazi icra nümayəndələri tərəfindən müəyyən edilib. Rayonun 17 kəndində yaşayan əhalinin uzun müddət istifadəsində olan bu torpaqların əvəzləşmə qaydasında onların xüsusi mülkiyyətinə verilməsi ilə bağlı müvafiq torpaqayırma sənədləri hazırlanıb və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Lakin illərdir ki, bu məsələ həll edilməmiş qalır”, - deputat bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR