Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

07 iyul, 2025 12:27

“Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən çətinliklər sülh yolu ilə, hər iki tərəfin maraqları nəzərə alınmaqla və bir-birinə hörmətlə həll oluna bilər”.

“Azsiyaset” xəbər verir ki, bunu Dağıstan Respublikasının başçısı Sergey Melikov teleqram kanalında yazıb.

“Bölgədə Dağıstanı vətəni hesab edən çox sayda azərbaycanlı yaşayır. Bizim əlaqələrimiz coğrafi əlaqələrdən daha üstündür. Bu, tarix, qohumluq bağları, mədəniyyət, birgə həyatdır”, - deyən Melikov məhz Dağıstanda azərbaycanlıların yerli xalq olduğunu qeyd edib.

Respublika rəhbəri bildirib ki, ölkələri münaqişəyə cəlb etmək cəhdləri Dağıstan, Azərbaycan, bütün Rusiya üçün sülh və sabitlik istəməyənlər tərəfindən edilir. 

Onun sözlərinə görə, xarici qüvvələr dəfələrlə başqasının əli ilə vəziyyəti pozmağa cəhd etsələr də, nəticəsiz qalıb.

“Mən hər kəsə müraciət edirəm: həm dağıstanlılara, həm də azərbaycanlı qardaşlarımıza, - zərbə endirilməsinə imkan verməyin. Emosiyalara təslim olmayın, təxribatlara aldanmayın, məişət millətçiliyinə qədər enməyin”, - deyə Məlikov çağırış edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR