Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"

07 iyul, 2025 12:29

"Milli Məclisin fəaliyyətinə mən hörmətlə yanaşıram, orada da kifayət qədər həm praktik, həm də nəzəri baxımdan təcrübəli hüquqşünaslarımız çoxdur. Amma istəyirəm ki, qanunvericilikdə olan dəyişikliklər yüz ölçülüb-bir biçilməklə edilsin".

Bu sözləri hüquqşünas Şəmsəddin Əliyev deyib.

Xatırladaq ki, parlamentin son iclasında deputat Bəhruz Məhərrəmov faktiki yaşayış ünvanının şəxsiyyət vəsiqəsində qeyd olunması təklifi ilə çıxış edib. Marqarita pizza

"Polisə Dəstək" İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyev bu məsələyə münasibət bildirib:

"Bu, təkcə vətəndaşlar üçün yox, həm də ərazidə xidmət edən polis orqanları üçün də çətinlik yaradacaq. Çünki cinayətkarlıqla mübarizə sahəsində geniş bir dəhliz açılır. Əvvəllər ərazi üzrə polis orqanlarında qeydiyyatını aparılırdı ki, şübhəli şəxsin axtarılması zamanı onun barmaq izlərini götürüb təyin etmək mümkün olsun. Digər prosessual tədbirlərin həyata keçirilməsi üçün də münbit şərait var idi. Amma indi o şərait artıq ortadan götürülüb. Paytaxta köç axın var. Bunun qarşısını almaq lazımdır. İndi ucqar regionlar demək olar ki, boşalıb. Məsələn, tikinti meydanalarında işləyənlərin əksəri regionlarda qeydiyyatda olanlardır, amma hamısı faktiki Bakıda yaşayır. Onlar 40 gündə qeydiyyata düşməlidir, lakin Bakıda çalışdığı müddətdə qeydiyyata düşmürlər. Yük yenə polisin üzərinə düşür. Polis ev-ev düşüb pasport yoxlamalı olacaq, buna zərurət yaranacaq. Əvvəllər BMT-nin Bakıda nümayəndəliyi var idi. Bu nümayəndəlik ölkəyə gələn xarici miqrantların qeydiyyatını özü aparırdı və onları himayəsinə götürürdü. 6 ay müddətinə. Dövlət Miqrasiya Xidməti və polis orqanları ilə razılığa gələrək. Yəni vətəndaşlığ olmayan şəxsin Azərbaycanda yaşamasına icazə verilirdi və onun hərəkətləri nəzarətdə olurdu. İndi vətəndaşın yaşadığı yer göstərilmir, amma yenidən buna qayıtmaq fikri var".

Ş.Əliyev əlavə edib: "Milli Məclisin fəaliyyətinə mən hörmətlə yanaşıram, orada da kifayət qədər həm praktik, həm də nəzəri baxımdan təcrübəli hüquqşünaslarımız çoxdur. Amma istəyirəm ki, qanunvericilikdə olan dəyişikliklər yüz ölçülüb-bir biçilməklə edilsin. Onların qaçaraq səsverməyə çıxarılması və qəbul olunması arzuolunan hal deyil. 2000-ci ildən bəri qanunvericilikdə həddindən artıq dəyişikliklər olub. 20-dən çox dəyişikliyi mənimsəyib yadda saxlamaqda çox çətindir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR