Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

12 avqust, 2025 10:11

Leysan Məmmədovu Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Ona görə yox ki, bu şəxs məsul olduğu vəzifələrdə dövlətinə, millətinə xidmət edib. Xeyr, əksinə Leysan Məmmədov dövlət büdcəsini talamaqla, adı tək “leysan” kimi pul qazanmaqla məşhurdur.

Bu, hansısa iddia, yaxud mediaya sızan məlumatlar deyil, birbaşa Hesablama Palatasının auditi nəticəsində ortaya çıxan faktlardır. 

Bir müddət öncə Leysan Məmmədovun “keçmiş” fəaliyyətinə görə istintaq başlandığı və ölkədən çıxışına “stop” qoyulduğu haqda məlumatlar yayılmışdı. Belə ki, Leysan Məmmədov 15 il rəhbərlik etdiyi Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində böyük maxinasiyalara yol verib. Bu, Hesablama Palatasının hesabatlarında da öz əksini tapır. Misal üçün, Hesablama Palatasının 2013-cü il hesabatında qeyd olunur ki, dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan, tikintisi 2011-2013-cü illərdə başa çatmış obyektlər üçün nəzərdə tutulan vəsaitlərin istifadəsində “yeyintilər” olub. Həmin dövrdə Leysan Məmmədovun rəhbərliyi ilə Şəmkir, Hövsan, İsmayıllı, Şağan, Ağdaş, Göyçay, Balakən, Tovuz, İmişli, Sumqayıt, Qəbələ, Astara Olimpiya İdman Kompleksləri, Kür Avarçəkmə müəssisəsi, Səadət Sarayının restavrasiyası, Tofiq Bəhramov adına Stadionun yenidən qurulması, Qobustan İdman zalı, Şirvan, Xaçmaz, Qax, Saatlı, Göygöl , Ağcabədi, Abşeron, Neftaçala, Goranboy, Tərtər, Lənkəran, Yardımlı, Yevlax rayonlarında və Qala qəsəbəsində Olimpiya İdman Kompleksləri inşa edilib, yaxud komplekslər ərazisində çoxsaylı tikintilər həyata keçirilib. Bu tikintilər zamanı dövlət büdcəsindən ayrılan milyonlarla vəsaitin mənimslənildiyi haqda açıq mənbələrdə kifayət qədər məlumatlar var.

Gənclər və İdman Nazirliyində dövlət büdcəsini “talayan” Leysan Məmmədov 2025-ci ildə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru təyin olunub. Onun bu vəzifəyə təyinatı birmənalı qarşılanmadı, çünki “tərcümeyi-halı” maxinasiyalarla zəngin olan Leysan Məmmədovun şəhidlərimizin qanı, qazilərimizin canı hesabına azad olunan torpaqlarda aparılan quruculuq işlərində mənimsəməyə yol verməyəcəyinə zəmanət yoxdur.

Leysan Məmmədovun təyinatından heç bir il keçməyib, lakin artıq o, özünün “zəngin təcrübəsini” Qarabağda da tətbiq etməyə başlayıb. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərinin görülməsi ilə bağlı keçirilən tender prosesdurlarına müdaxilələrin olması diqqəti bu istiqamətə çəkir.

Redaksiyamıza daxil olan məlumata görə, 2025-ci ilin 23 və 31 yanvar tarixlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs tərfindən elan olunmuş tenderlərdə ümumi olaraq, 27 təchizatçı şirkət iştirak etsə də nəticə dəyişməyib. Belə ki, Tender “Dövlət Satınalmaları haqqında” Qanunun 33.13-cü  maddəsinə əsasən “SMTS” MMC nin qalib olunması ilə yekunlaşıb. Mahiyyət etibarı ilə bu qanun imkan verir ki, uyğunluq sertifikatı əldə etmiş təchizatçıya güzəştlər tədbiq edilsin, lakin bu güzəştlər gizli sövdələşməyə və dövlət büdcəsinin talanmasına əsas verməməlidir. 

Tenderdə iştirak edən və qalib elan olunan istənilən təchizatçı yerli istehsal olan mal-materiallarından istifadə edir. Çünki kommersiya baxımından təchizatçı üçün sərfəlidir. Bu tenderlərdə də büdcəyə qənaət prinsipini əsas götürərək, daha münasib qiymət təklifi ilə çıxış edən təchizatçılar olub. 

Misal üçün, “SMTS” MMC “Ağdam şәhәri 4 nömrәli yaşayış massivi, 1 vә 2­-ci mәhәllәlәr üzrә çoxfunksiyalı orta mәrtәbәli yaşayış binalarının tikintisi işlәri üçün 36 586 240.32 manat, 5 və 6-cı məhəllələr üzrə 36 536 755.81 manat, 7 və 8-ci məhəllələr üzrə 26 013 265.20 manat verdiyi qiymət təklifinə qarşı ardıcıl olaraq “KÖRPÜ­BİNA­TİKİNTİ” MMC 33442792.68, 33336108.46 manat və “ AZӘRSUTӘCHİZATTİKİNTİ AÇIQ SӘHMDAR CӘMİYYӘTİ  23799994.34 manat qiymət təklifi verib. Göründüyü kimi, 3 (üç) tender üzrə dövlət büdcəsindən əlavə 8 556 366 manat vəsaitin heç bir zərurət olmadan leqallaşdırılması təmin olunub. Halbuki, bu vəsaitlə əlavə olaraq, onlarla fərdi yaşayış mənzilləri inşa edilə bilərdi. 

Azərbaycanın inşaat sektorunda kifayət qədər təcrübəyə malik olan “KÖRPÜ­BİNA­TİKİNTİ” MMC kimi təşkilatların hüquqlarının pozulması gizli sövdələşmələrin olması şübhələrinə yol açır. Bununla yanaşı, tenderdə iştirak edən 26 təchizatçının hüquqlarının pozulması da növbəti tenderlərin şəffaf keçiriləcəyinə inamsızlıq yaradır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədov olması tenderlərin qeyri-şəffaflığına və gizli sövdələşmələrə olan şübhələri daha da artırır. 

Axı Leysan Məmmədov məhz korrupsiya və maxinasiyalarına görə tanınıb. Hətta, Hesablama Palatasının korrpsiya faktlarına görə onun istintaqa cəlb edilməsi tövsiyəsi ilə çıxış etdiyi haqda məlumatlar var. Belə bir şəxsin şəhid və qazilərimizin qanı-canı hesabına azad olunan ərazilərdə eyni əməllərini davam etdirməsi həqiqətən də ürək ağrıdan haldır.

Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tədbiq etməkdədir. Özü dövlət büdcəsini talayır, oğlu Elnur Məmmədov isə əyləncə mərkəzlərində harınlıqla məşğuldur. Elnur Leysan oğlu Məmmədovun “Sea Breeze”da saldığı davanın üzərindən çox vaxt keçməyib. Bununla bağlı məhkəmə prosesi də aparılıb. Dövlət büdcəsini talayan və milyonlarla vəsaiti mənimsəyən Leysan Məmmədov kimi məmurun oğlunun harınlığı o qədər də təəccüblü deyil, çünki Leysan Məmmədov bütün qanunsuzluqlarına, korrupsiya əməllərinə görə cəzasız qalmasından istifadə edir.

Məlumatlara görə, azad olunmuş ərazilərdə Leysan Məmmədovun rəhbərliyi ilə tenderlər saxtalaşdırılır. Belə ki, “Dövlət Dövlət Satınalmaları haqqında” Qanunun 33.13 maddəsinə istinadən dövlət büdcəsindən əlavə vəsaitlərin alınması üçün süni istifadə edərək, həm öz kapitallarını artırır, həm də oğurladıqları vəsaiti qanuniləşdirirlər. Baş verən tender prosedurlarında Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinə əsasən  təkrar törədilməklə küllü miqdarda mənimsəmə və israf etmə, eyni zamanda 308-2-ci maddəsinə əsasən  “Dövlət satınalmaları haqqında” qanunvericiliyin pozulması hallarına yol verildiyinə əsaslı şübhələr var.

Bütün bu faktlar əsas verir ki, 2024-2025-ci illər ərzində keçirilmiş sözügedən tenderlər araşdırılmalı və hüquqi qiymət verilməlidir. Eyni zamanda, güzəşt tətbiqi prosesinin hüquqi əsaslarla yoxlanılmalı və hər bir təchizatçının təklif qiymətləri araşdırılmalıdır.

Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR