"Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

20 avqust, 2025 13:16

"Kontakt Home" mağazalar şəbəkəsi yenidən müştəri narazılıqları ilə gündəmdədir. Şirkət cəlbedici reklam kampaniyaları və sərfəli satış təklifləri ilə bazarda geniş şəkildə tanınsa da, mağaza ilə bağlı şikayətlər səngimir. Sosial şəbəkələrdə alıcılar tez-tez məhsullarda yaranan texniki nasazlıqlardan, müştəri xidmətlərinin zəif fəaliyyətindən, servis xidmətinin isə effektsizliyindən gileylənirlər. Hətta əlavə ödəniş qarşılığında təqdim olunan "Qızıl zəmanət"in yalnız kağız üzərində qaldığı iddia edilir.

Şikayətçilərdən biri Quba sakini Əflatun Alxasovdur. O, bakupost.az -a açıqlamasında şirkəti istehlakçı hüquqlarını pozmaqda və nasaz məhsullar satmaqda ittiham edir.

Ə.Alxasovun bildirdiyinə görə, iki ay əvvəl “Kontakt Home”un Xalqlar filialından nəğd qiyməti 800 manat olan Samsung A36 markalı telefonu yekun ödəniş 1200 manat hesablanmaqla kreditlə alıb. Bundan sonra isə ondan xəbərsiz əlavə ödənişlər tutulub:

“Akaunt açılması üçün mənim xəbərim olmadan və mənə məlumat verilmədən 80 manat tutuldu. Həmçinin “Qızıl Zəmanət” adı ilə 160 manat ödəniş tələb olundu”, – deyə şikayətçi bildirib.

Alıcı iddia edir ki, telefonda qısa müddət ərzində nasazlıq yaranıb. “Kontakt Home”a müraciət etdikdə cihaz servisə göndərilsə də, problem həll olunmayıb:

“Dəfələrlə müraciət etməyimə baxmayaraq, “Qızıl Zəmanət” üzrə öhdəliklərini yerinə yetirmirlər.Hazırda həm mənəvi, həm də maddi olaraq böyük sarsıntı keçirirəm”.

Əflatun Alxasov əlavə edib ki, məsələ həllini tapmasa, məhkəməyə və aidiyyəti qurumlara müraciət edəcəyini bildirib:

“Problemim həll olunmasa, son çıxış yolu olaraq Prezidentimiz cənab İlham Əliyevə məktub ünvanlayacağam. Ölkə qanunlarını heçə sayan iş adamları bilməlidirlər ki, dövlətimizdə hər bir vətəndaşın hüquqları qorunur”.

Sözügedən iddialarla bağlı “Kontakt Home”a sorğu ünvanlasaq da, şirkətin PR meneceri Vəfa Rüstəmova məsələylə bağlı heç bir açıqlama vermədi. Lakin Əflatun Alxasovun saytımıza bildirdiyinə görə, sorğudan sonra şirkətin digər nümayəndəsi onunla əlaqə saxlayaraq problemin müştəridən qaynaqlandığını bildirib. Şirkət əməkdaşı qeyd edib ki, cihazda nasazlıq 14 gündən sonra yarandığı üçün mağaza məsuliyyət daşımır.

Alıcı isə bu izahı əsassız sayır:

“Telefonumda problem 15-ci gündə yarandı. Mən nə etməliyəm? 16 gündən, lap 1 aydan sonra olub. Axı mən 1 illik qızıl zəmanətlə telefon almışam. Bir sözlə, nağıl danışırlar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR