"Veysəloğlu-Distribusiya" ucqar kəndlərdə məktəblilərə dəstəyini dəstəyini davam etdirir

16 sentyabr, 2025 14:54

"Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - “Xoşbəxtlik Çantası” layihəsinin növbəti mərhələsi baş tutub. 

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti ucqar kəndlərdə yaşayan məktəblilərin təhsil və inkişafına töhfə vermək, eləcə də uzunmüddətli qardaşlıq bağları qurmaq məqsədilə başlatdığı “Xoşbəxtlik Çantası” adlı layihənin üçüncü mərhələsini uğurla həyata keçirib.

Bu dəfə “qardaş məktəb” çərçivəsində Qubanın ucqar dağ kəndləri – Qriz, Qalaxudat və Əlik məktəblərinə səfər təşkil olunub. Layihənin əsas məqsədi həmin kəndlərdə yaşayan şagirdlərə Bilik Günü münasibətilə dəstək göstərmək və onlara unudulmaz anlar yaşatmaq olub. Tədbir çərçivəsində uşaqlara xüsusi hazırlanmış məktəb çantaları, məktəb ləvazimatları, ayaqqabılar, məktəbli formaları və oyun dəstləri təqdim edilib. Şirkətə məxsus markaların sürpriz hədiyyələri isə şagirdlərin üzündə böyük təbəssüm yaradıb.

Qeyd edək ki, layihənin birinci mərhələsi bu ilin 18 aprel tarixində baş tutub. Həmin gün şirkət daxilində təşkil olunan xeyriyyə yarmarkasında əməkdaşların hazırladığı əl işləri satışa çıxarılıb və toplanan vəsaitin məktəblilərə dəstək məqsədilə istifadə olunması nəzərdə tutulub.

Layihənin ikinci mərhələsində isə “Veysəloğlu Distribusiya” şirkətinin əməkdaşları hədiyyələrin təqdim edildiyi Qubanın Qriz, Qalaxudat və Əlik kəndlərinə səfər edərək, uşaqlarla görüşmüş, onların arzularını dinləmişdilər. Bununla da qardaşlıq bağlarının təməli qoyulmuşdu.

“Veysəloğlu Distribusiya” şirkəti bu təşəbbüsü növbəti mərhələlərdə də davam etdirərək, uşaqların təhsilinə və inkişafına dəstək olmağı qarşısına məqsəd qoyub.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR