"Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

06 oktyabr, 2025 09:37

Keçmiş maliyyə naziri, professor Saleh Məmmədov “Facebook” hesabında Azərbaycanda tətbiq edilən etibarnamə sistemini kəskin tənqid edib. Onun sözlərinə görə, sovet dövrünün repressiya və korrupsiya aparatının bir hissəsi olan bu sistem bu gün yalnız Azərbaycanda mövcuddur.

Professor bildirib ki, Beynəlxalq Şəffaflıq təşkilatının hesablamalarına əsasən, keçmiş SSRİ məkanında ən çox korrupsiya yaradan mexanizmlərdən biri məhz avtomobillərin idarə olunması üçün tətbiq edilən “etibarnamə” olub: “Kommunist sistemi dağıldıqdan sonra bütün postsovet ölkələri bu qaydanı ləğv etdilər və nəticədə korrupsiya əhəmiyyətli dərəcədə azaldı. Ancaq Azərbaycanda bu sistem nəinki aradan qaldırılmadı, əksinə, daha da sərtləşdirildi. Qaydanı pozanlara qarşı cərimələr dəfələrlə artırıldı.”

Məmmədovun sözlərinə görə, hazırda BMT-yə üzv 193 ölkədən yalnız biri – Azərbaycan Respublikası gündəlik praktikada avtomobil idarə etmək üçün yazılı etibarnamə tələb edir.

O, digər ölkələrdəki vəziyyəti belə müqayisə edib:

"- Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova – bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və hüquqi əməliyyatlarda istifadə olunur.

- İran, Türkmənistan, Özbəkistan – etibarnamə məcburi deyil, əsasən sərhəd keçidi və ya hüquqi əməliyyatlar zamanı tələb olunur.

- Şimali Koreya – burada gündəlik sürücülük üçün etibarnamə tələb olunmur, çünki avtomobillərin əksəriyyəti dövlətə məxsusdur.

- Bəzi Afrika və Asiya ölkələri – etibarnamə yalnız kommersiya və hüquqi kontekstdə istifadə olunur".

Məmmədov vurğulayıb ki, 2025-ci ilə olan məlumata görə, Azərbaycan dünyada avtomobil idarə etmək üçün etibarnamə sistemini qoruyub saxlayan yeganə ölkədir: “Niyə BMT-yə üzv 193 ölkənin 192-si bu korrupsiya yaradan, vətəndaşlıq və mülkiyyət hüquqlarına zidd olan qaydanı ləğv etdiyi halda, yalnız Azərbaycan onu daha da sərtləşdirir? Ailə üzvü ortaq mülkiyyətdə olan avtomobili idarə etdiyinə görə cərimə olunur və maşın cərimə meydançasına aparılır. Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır.”

Professor sonda ümid etdiyini bildirib ki, Azərbaycan parlamenti və hökuməti bu vəziyyəti nəzərə alaraq, cəmiyyətdə narazılıq doğuran bu lazımsız qaydanın ləğvi istiqamətində addımlar atacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR