Ətin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı müzakirələrə aydınlıq gətirildi - VİDEO

03 noyabr, 2025 12:45

Son illər ət məhsullarının keyfiyyəti və mənşəyi ilə bağlı narahatlıqlar artıb. Xüsusilə də bazarlardavə qəssabxanalarda satılan ətlərin haradan gətirildiyi, necə kəsildiyi, gigiyenik şəraitin qorunub-qorunmaması barədə cəmiyyətdə ciddi suallar yaranır. Əhali arasında ətlərin sağlamlıq üçün təhlükə yarada biləcəyi ilə bağlı inamsızlıq formalaşıb. Bu vəziyyətdə insanlar üçün ən vacib məsələ - təhlükəsiz, halal və yoxlanılmış ət almaqdır. Halbuki, bu gün artıq müasir tələblərə cavab verən, təhlükəsiz və halal ət almaq mümkündür. Məhz “Araz” supermarketlər şəbəkəsi bu sahədə nümunəvi yanaşma sərgiləyir. 

 “Araz” supermarketlər şəbəkəsinin ət kəsim məntəqəsində olduq ki, prosesi yaxından izləyək. Məqsədimiz “Araz” marketlərində satılan ətlərin haradan və necə gətirildiyini, hansı mərhələlərdən keçdiyini yerindəcə görmək idi. Öncə kəsim məntəqəsinə yollandıq və bütün prosesi addım-addım izlədik.

​​​​​​​

“Araz” supermarketlər şəbəkəsində satılan ətlər Bərdə, Beyləqan, Ağcabədi və İmişli rayonlarından gətirilən sağlam heyvanlara məxsusdur. Peşəkar qəssablar tərəfindən seçilən heyvanlar baytar nəzarətindən keçirilir, sağlamlıq kağızı ilə birlikdə xüsusi qeydiyyatdan keçmiş kəsim məntəqəsinə göndərilir. Burada heyvanlar tam gigiyenik şəraitdə, islami qaydalara uyğun olaraq kəsilir. Kəsim prosesi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.

Ətlərin keyfiyyəti və təhlükəsizliyini yoxlamaq məqsədilə nümunələr götürülür və laboratoriya şəraitində analizlərə cəlb edilir. Yalnız sağlam, keyfiyyətli və təhlükəsizlik göstəriciləri uyğun olan ətlər soyuducularda dinləndirildikdən sonra soyuq zəncir qorunmaqla marketlərə göndərilir və müştərilərə təqdim edilir.

Kəsim məntəqəsində bütün mərhələlər tamamlandıqdan sonra ətlər gündəlik xüsusi dezinfeksiya olunmuş maşınlarla Məhəmmədi qəsəbəsində yerləşən saxlanma məntəqəsinə göndərilir. 

Burada ətlər xüsusi soyuducu şəraitdə qorunur, qablaşdırılır və satış üçün hazırlanır. Daha sonra “soyuq zəncir” pozulmadan “Araz” supermarketlər şəbəkəsinin ət bölmələrinə çatdırılır. 

“Araz” marketlər şəbəkəsinin əsas məqsədi müştəriləri hər zaman yüksək keyfiyyətli, halallıqla kəsilmiş və qida təhlükəsizliyi tələblərinə cavab verən ət və ət məhsulları ilə təmin etməkdir. Buna görə də insanlar heç bir tərəddüd etmədən “Araz” marketlərindən aldıqları ətlərin sağlam, təmiz və halal olduğuna əmin ola bilərlər.

Post TV

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR