Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyası ISO/IEC 17025 akkreditasiyasını əldə etdi - Keyfiyyət və etibarlılıqda yeni mərhələ

18 noyabr, 2025 16:03

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Veysəloğlu" MMC-nin Mərkəzi Sınaq Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən ISO/IEC 17025:2020 beynəlxalq standartı üzrə akkreditasiyadan uğurla keçib. Bu mühüm nailiyyət "Veysəloğlu"nun tarixində yalnız texniki addım deyil, həm də elmə, keyfiyyətə və insan sağlamlığına olan sadiqliyin rəsmi təsdiqidir.

Akkreditasiya laboratoriyanın ölçmə və analiz nəticələrinin beynəlxalq səviyyədə etibarlılığını və dəqiqliyini təsdiqləyir. ISO/IEC 17025 standartı sınaq laboratoriyalarının texniki kompetensiyasını, işçi heyətin səriştəsini, avadanlıqların kalibrasiyasını və idarəetmə sistemlərinin effektivliyini qiymətləndirən dünyada qəbul edilmiş ən yüksək keyfiyyət göstəricisidir.

Qida təhlükəsizliyi və istehlakçı sağlamlığı bu gün dəqiq və etibarlı laborator analizlərinə əsaslanır. Bu anlayışla fəaliyyət göstərən "Veysəloğlu" MMC-nin Mərkəzi Sınaq Laboratoriyası qida məhsullarının fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlərini beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirir. Burada aparılan sınaqlar istehlakçının süfrəsinə çatan hər bir məhsulun sağlam, təhlükəsiz və keyfiyyətli olmasına xidmət edir.

Laboratoriya təkcə akkreditasiya mərhələsində deyil, ondan əvvəl də bir çox səriştəlilik (proficiency testing) və laboratoriyalararası müqayisə sınaqlarında iştirak edib, bütün proseslərdə yüksək nəticələr göstərərək etibarlılığını sübut edib. Bu göstəricilər laboratoriyanın daxili keyfiyyət idarəetmə sisteminin və mütəxəssislərin yüksək səriştəsinin real təsdiqidir.

Akkreditasiya sayəsində laboratoriya bundan sonra yalnız Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərə (Araz, OBA və digərləri) deyil, həm də ölkə üzrə fiziki və hüquqi şəxslərə sınaq xidmətləri təqdim edəcək. Bu, qrup daxilində illik analiz xərclərinin əhəmiyyətli dərəcədə azalmasına və ölkədə yerli laborator potensialının inkişafına mühüm töhfə verəcək.

"Veysəloğlu" rəhbərliyinin dəstəyi ilə laboratoriyanın inkişaf istiqamətləri genişlənir. Yaxın dövrdə akkreditasiya sahəsinin artırılması, yeni analiz metodlarının tətbiqi və xidmət spektrinin genişləndirilməsi planlaşdırılır. Məqsəd — Veysəloğlu Mərkəzi Sınaq Laboratoriyasını regionun qabaqcıl sınaq və keyfiyyət mərkəzlərindən birinə çevirməkdir.

Bu uğur bir nəfərin deyil, bir komandanın, bir ailənin və vahid məqsədin nəticəsidir. Bir il ərzində aparılan hazırlıq işləri, çoxsaylı sınaqlar, yüzlərlə sənəd və keçirilən yoxlamalar zamanı əməkdaşlarımızın dəqiqliyi, peşəkarlığı və məsuliyyəti bu nailiyyəti mümkün edib.

Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiyadan uğurla keçməsi şirkət tarixində yeni mərhələnin başlanğıcıdır — sağlam qida və etibarlı keyfiyyət yolunda möhkəm addımdır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR