"Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR

21 noyabr, 2025 13:32

"Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya”  şirkətinin Tədarük Zənciri direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli və Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı təcrübə artımı və beynəlxalq qabaqcıl praktikaların Şirkətlər Qrupu daxilində tətbiqi məqsədilə Böyük Britaniyaya işgüzar səfər ediblər.

Səfər çərçivəsində rəhbər heyət Böyük Britaniyanın aparıcı distribusiya şirkətləri - Mançesterdə yerləşən James Hall & Co. LTD, Şimali İrlandiyanın Henderson Group, eləcə də Londonda fəaliyyət göstərən A.F. Blakemore şirkətlərinin müasir, avtomatlaşdırılmış, robotlaşdırılmış və yüksək texnoloji həlləri ilə seçilən logistik mərkəzlərini ziyarət edib.

Bu mərkəzlərdə tətbiq olunan qabaqcıl anbar idarəetmə sistemləri, robot texnologiyaları, məhsul yığımı və çeşidlənməsi üzrə avtomatlaşdırılmış proseslər, həmçinin təchizat zənciri üzrə rəqəmsal idarəetmə modelləri ilə yaxından tanış olunub. Görüşlər zamanı müasir logistika tendensiyaları, iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Səfərin əsas məqsədi "Veysəloğlu Distribusiya" tədarük zənciri əməliyyatlarının (tələb proqnozlaşdırılması, tədarük, anbar əməliyyatları, yerli və ölkəxarici nəqliyyat, logistika infrastrukturu və s.) beynəlxalq standartlara uyğunlaşdırılması, innovativ texnologiyaların tətbiqi və ümumi səmərəliliyin artırılması istiqamətində yeni imkanların araşdırılması olub.

Veysəloğlu Şirkətlər Qrupu rəqabət qabiliyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin artırılması üçün müasir texnoloji həllərin tətbiqinə daim önəm verir. Böyük Britaniyaya təşkil olunan bu səfər də Şirkətlər Qrupunun fəaliyyətində innovativ yanaşmaların genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və dünya praktikasına inteqrasiya istiqamətində atılan mühüm addımlardan biridir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR