Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

27 noyabr, 2025 14:15

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri 5 nömrəli yaşayış massivi üzrə yaşayış və qeyri-yaşayış binalarının daxili kommunikasiya işlərinin və avadanlıqların satın alınması ilə bağlı tenderə yekun vurub. 

"Azsiyaset" qaynarinfo.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Diler İnşaat" Qapalı Səhmdar Cəmiyyəti seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 31 934 173,84 manatdır. 

"Diler İnşaat” QSC bundan əvvəl Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-121 üzrə binaların tikintisi işlərinin satın alınması ilə bağlı tenderinin qalibi seçilmişdi. Şirkət bu tender üzrə qurumdan 8 050 336,09 manatlıq sifariş almışdı. 

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin satınalma müsabiqələrində "Diler İnşaat” QSC-yə üstünlük verməsi təsadüfi deyil. Bu şirkət sıradan bir sahibkara məxsus deyil. Rəsmi mənbələrdə qeyd edilir ki, "Diler İnşaat” QSC 28 oktyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2020 manatdır. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Moskva prospekti, ev 73A-da yerləşir. QSC-nin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.

Elxan Süleymanov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Görünür, bu şəxsin şirkəti təmsilçiliyi formal xarakter daşıyır.

"Diler İnşaat” QSC-nin əsl sahibi Orxan Quluzadədir. O, deputat Ülvi Quliyevin oğludur. Şirkətin Orxan Quluzadəyə məxsus olması barədə mediada da məlumatlar yer alıb. Qarşı tərəf bu məlumatları təkzib etməyib. 

Həmçinin şirkətin saytında Orxan Quluzadənin təsisçi kimi müraciəti yer alır. Bu faktlar "Diler İnşaat” QSC-nin deputatn oğluna məxsus olduğuna şübhə yeri qoymur. 

Ağdam, Füzuli və Xocavən Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədovdur. Leysan Məmmədov ictimaiyyətə "Sea Breez”dəki məşhur davadan tanışdır. Həmin davanın əsas fiqurantlarından biri məhz Leysan Məmmədovun oğlu Elnur Məmmədov idi. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR