“Düz Elmarın yanına gəldim, silahı çəkdim, açılmadı...” - Yunis Səfərov məhkəmədə danışır

07 noyabr, 2020 01:11

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərovun məhkəmə dindirilməsi davam etdirilib.

Azsiyasət.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, o, prokurorun suallarına cavabında hadisə vaxtı polis əməkdaşına xəsarət yetirmək niyyətində olmadığını deyib: 

"Burada deyir ki, icra başçısının mühafizəçisi deyiləm, yalandır, ona cangüdənlik edirdi. İcra başçısı işdən çıxan vaxt getdim, icra hakimiyyətinin pilləkənləri ilə çıxanda ətrafdakı polislər soruşdular ki, hara gedirsən? Həmin vaxt Elmar Vəliyev də çıxırdı, bu da yanında. Bu, mənə tərəf gələndə məcbur olub silahı çıxartdım. Düşündüm ki, çəkilər, amma çəkilmədi. Bir dəfə vurdum, yıxılmadı, ikinci dəfə atəş açdım. Düz Elmarın yanına gəldim, aramızda heç bir metr məsafə olmazdı. Silahı çəkdim, açılmadı. Gördüm güllə atmır, silahın dəstəyindən tutub başından vurdum". 

Onunla mühakimə olunan digər təqsirləndirilən şəxslər haqda verilən sualları cavablandıran Y.Səfərov deyib ki, icra başçısını vurmaq onun öz planı olub, digərlərinin bu məsələyə aidiyyəti yoxdur. Onun sözlərinə görə, əgər dəstə şəklində fəaliyyət göstərsəydilər, kimsə icra başçısını izləyərdi, onun getdiyi yeri müəyyənləşdirərdi, silah tapıb verərdilər: 

"Yoxsa, mən niyə gedib bankın mühafizəçisinin silahını götürüb qaçırdım? Yaxud da niyə gizli bir yerdə yox, icra hakimiyyətinin binasında, o qədər adamın içində bu işi görürdüm? Mən necə dəstə başçısıyam ki, qalmağa yerim yox idi..."

Gəncədə baş verənlərdən sonra belə bir məlumat yayılmışdı ki, Y. Səfərovun qadın ailə üzvləri icra başçısının qəbuluna gedib, orada kobudluqla qarşılaşıb. Bu üzdən Y.Səfərov qisas alıb. Amma özü bu haqda deyilənlərin yalan olduğunu, qəsdən belə şayiənin dövriyyəyə buraxıldığını deyir: 

"İstəyirdilər ki, bu hadisənin şəxsi qisasçılıq zəminində baş verdiyi görüntüsünü yaratsınlar. Halbuki, hamısı yaxşı bilirdi ki, belə deyil. Sanki böyük bir yanğın baş verir, mən də istəmişəm ki, ora heç olmasa, yarım vedrə su atmaqla əlimdən gələni edim..."

Y. Səfərov İranın Qum şəhərində ailəsi ilə birlikdə kirayə qaldığını təsdiqləyib. O bildirib ki, həmin şəhərdə təhsil alıb. O, digər təqsirləndirilən şəxslərlə bağlı və bir sıra başqa suallara cavab verməkdən imtina edib. Y.Səfərovun dindirməsi davam edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR