THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib

15 dekabr, 2025 16:19

“THY Anonim Ortaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycandakı “Türk Hava Yolları" Nümayəndəliyi məhkəməlik olub.

Şirkəti sözügedən qurumun əməkdaşı məhkəməyə verib.

Belə ki, iddiaçı gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 161300 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədə xahiş edib.

O, iddia tələblərini onunla əsaslandırıb ki, 2011-ci ildə THY-nin Bakı nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunub və 12 il qeyd edilən vəzifədə işləyib.

İddiaçı bildirib ki, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 4.18-ci maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Həmin müqavilənin 4.19 və 4.20-cimaddələrinə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. İddiaçı qeyd edir ki, əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də, işlədiyi müəssisənin rəhbərinin təzyiqi ilə onun əməyi istismar edilib, onu iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxardıb.

“Hər dəfə etiraz etdikdə gecə işlədiyim üçün əmək haqqı verəcəklərini, razı olmadığım halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaqla hədələdilər. Başqa gəlir yerim olmadığı üçün məcbur qalıb işlədim. Artıq iddia etirazlarını görüb, baş ofisə çağıraraq təzyiq altında ərizə yazdırıb işdən azad etdilər” – iddiaçı bildirib.

Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin, şahidin və ekspertin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qərara əsasən, THY-nin Bakı nümayəndəliyi keçmiş işçisinə 5691,22 manat ödəməlidir.

Qeyd edək ki, THY-nin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğludur. (teeqraf.com). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR