"Cənab səfir, bizə cavab verin!"

07 yanvar, 2026 16:32

Azərbaycan Milli QHT Forumu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova açıq məktub ünvanlayıb.

“Azsiyaset” APA-ya istinadən xəbər verir ki, açıq məktub Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədardır.

“Biz – sıralarında yüzlərlə Azərbaycan QHT-sini birləşdirən Azərbaycan Milli QHT Forumu olaraq, sizə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL təyyarəsi insidentinə dair Azərbaycanın Baş prokuroruna ünvanladığı, mediada ictimailəşmiş məktubu ilə əlaqədar müraciət edirik.

Azərbaycan ictimaiyyətinin 2024-cü il dekabrın 25-də Qroznı səmasında “Pantsir-S1” hava hücumundan müdafiə kompleksindən buraxılan raketlərlə vurulmuş AZAL təyyarəsi ilə bağlı Rusiyanın istintaq orqanlarının günahkarları müəyyən edərək onlara ən ağır cəza kəsməsini gözlədiyi bir vaxtda, A.Bastrıkinin bu cinayət işinə xitam verildiyini elan etməsi anlaşılmaz və qəbuledilməzdir.

Bütün fotofakt və videosübutları heçə sayaraq təyyarənin guya əlverişsiz hava şəraiti səbəbindən Qroznıya eniş edə bilmədiyini iddia etmək hadisədə ölən və yaralanan günahsız insanların qanını batırmaq, onlara atəş açanları alqışlamaq deməkdir. Azərbaycan ictimaiyyəti bunu dərin hiddətlə qarşılayır və rədd edir.

Bastrıkinin ört-basdır etməyə çalışdığı qanlı insident Azərbaycan xalqı üçün milli qürur məsələsidir. Biz susmayacağıq. Rusiya tərəfi Azərbaycandan üzr istəməklə, məsələni bağladığını düşünürsə, kökündən yanılır. Ortada olan qanlı cinayət faktı etiraf edilməli, günahkarların hər biri cinayət məsuliyyətinə cəlb olunmalı və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödənilməlidir. Beynəlxalq təcrübə və normal insani davranış yalnız bunu tələb edir.

Mülki təyyarənin vurulması Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına əsasən qadağandır. Bastrıkinin məktubu yenə də Çikaqo Konvensiyasına, xüsusən onun “Təyyarə insidentləri və onların araşdırılması” adlı 13 nömrəli Əlavəsinə ziddir. Bu faciə ört-basdır edilməməli, əksinə, onun tam araşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir.

Aleksandr Bastrıkinin məktubunun mahiyyəti Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə bağlı səsləndirdiyi mövqedən açıq şəkildə fərqlənir və faktiki olaraq məsuliyyətdən boyun qaçırmağa hesablanmaqla, hüquqi və siyasi təxribatdır. 2025-ci il oktyabrın 9-da Düşənbədə Vladimir Putin AZAL təyyarəsinin vurulması ilə əlaqədar Rusiyanın hava hücumundan müdafiə sistemində texniki nasazlıqların olduğunu etiraf etmiş, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şeyin ediləcəyini və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcəyini bildirmişdi.

Cənab səfir, bizə cavab verin: Rusiyanın bu məsələdə rəsmi mövqeyini kim ifadə edir: Prezident Vladimir Putin, yoxsa İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin? Azərbaycan Milli QHT Forumunun İdarə Heyətini qəbul etməyinizi, sualımıza cavab verməyinizi gözləyirik”, - məktubda qeyd edilib.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR