DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri

18 mart, 2026 13:02

Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən Prezidentin ailəsini şantaj edən şəxs ifşa olunub. Məhkəmə hökmü olmadığından adı açıqlamayan və üzü göstərilməyən şəxs feyk video və şəkilləri kimlərdən əldə etdiyini etiraf edib. O, xaricdə yaşayan bloger Mehman Hüseynovla əlaqə saxladığını, daha sonra ona yaxın olan Elman Məmmədov və Məmmədzəki Səlimovdan həmin foto və videoları əldə etdiyini deyib.

Şəkillərin təhlili zamanı görüntülərin Amber Lulu adlı qadına məxsus olduğu aşkarlanıb. 

Baş verənlərə münasibət bildirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Modern.az-a deyib ki, hərb meydanında məğlub olanların azğın fəaliyyəti indi kiberməkanda açıq-aşkar görünür:

"DTX professional bir qurum kimi terror və şantajla məşğul olan qrupu ifşa edib. Terror mediası süni intellekt və xarici qüvvələrin köməyilə uzun illərdir dövlətimizə, ali rəhbərliyə qarşı hibrid hücumda şantaj texnologiyası kimi istifadə olunur. İndi xalqımız görür ki, hərbi meydanda məğlub olanlar kiberməkanda hansı azğın fəaliyyət aparır.

Hazırda dünyada deepfake texnologiyaları vasitəsilə insanların üzləri, səsləri və davranışları sürətlə köçürülür, klonlaşdırılır, nəticədə tamamilə saxta video və audio materiallar kütləvi hal alır. 2019-2025-ci illərdə internet, digər informasiya ehtiyatlarında deepfake videoların və kontentlərin sayı 900 faiz artıb.

Deepfake hücumların əsas qurbanları sosial media aktivləri - xüsusilə jurnalistlər, ictimai fəallar və tanınmış şəxslərdir. Materialların təxminən 98 faizi qeyri-əxlaqi məzmundan ibarətdir və 79 faizində qurban qadınlardır. Siyasətçilər və dövlət adamları ilə bağlı deepfake məzmunlarında təxminən 76 faizi nüfuz itkisinə məruz qoymaq və antitəbliğat məqsədi daşıyır.

Deepfake kontentinin yayılması ən çox video və sosial media platformalarında müşahidə olunur: YouTube platformasında təxminən 30 faiz, Instagram-da 26 faiz, Facebook-da 19 faiz və Tik-Tok platformasında 18 faiz yayılır.

Sorğular göstərir ki, istifadəçilərin təxminən 49 faizi deepfake videolarla məhz YouTube platformasında qarşılaşdığını bildirir.

Xüsusilə, qlobal müharibələr fonunda son 20 gündə ölkəmiz əleyhinə koordinasiyalı informasiya kampaniyalarında süni zəka texnologiyalarından istifadə halları artıb.

Süni intellekt alətləri vasitəsilə bir dəqiqəlik deepfake video 25 dəqiqədən az müddətdə və demək olar ki, heç bir xərc olmadan hazırlana bilir. Azərbaycan dövlətinin Vətən müharibəsində qələbəsini həzm etməyən qüvvələr, hərbi meydanda məğlub olan dairələr fake və deepfake texnologiyaları vasitəsilə ölkəmizə qarşı hibrid savaş aparırlar.

Real olmayan audio, video və fotoların böyük əksəriyyəti xarici ölkələrdə hazırlanır və yayılır. "Made in Azerbaycan", "Azerfreedom", "Azad söz"  və onlarla xain kanallar antimmili şər texnologiyalarıdır".

Komitə sədri əlavə edib ki, Azərbaycan məhkəmə orqanları haqlı olaraq, həmin diversiya platformaları haqqında müvafiq hökmlər çıxarıblar. Lakin terror transmilli xarakter daşıdığı kimi, süni intellekt əsaslı belə beynəlxaq cinayətlərin də qarşısının alınması üçün dövlətlərarası əməkdaşlıq zəruridir:

"Azərbaycan dövləti insanlara, dövlətlərə və cəmiyyətlərə qarşı çevrilən süni zəka məhsullarına sədd çəkmək üçün müvafiq beynəlxalq konvensiyaların hazırlanmasının təşəbbüsçüsü ola bilər.

Sonda bir daha qeyd edək ki, süni intellektlə bağlı ayrıca Məcəlləyə ehtiyac var. Avropa Birliyi model sənədlər hazırlayıb və riskləri dərəcələyib.

Layihədə göstərilən “real olmayan” ifadəsi “feyk” və “deepfeyk” termininin tam mənasını özündə ehtiva etdiyinə də diqqət etməliyik. Belə beynəlxalq terminlərinin hüquqi aktlarımıza gətirilməsi dilimizin təmizliyinə və suverenliiynə xələl gətirmir".

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi