"Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

28 aprel, 2026 14:28

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu ADA Universitetində keçirilən “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə növbəti dəfə bir araya gəlib. Layihənin davamı olaraq təşkil olunan görüş səhər yeməyi formatında baş tutub.

Xatırladaq ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən “Senior Talks” layihəsinin əsas məqsədi iri şirkət rəhbərlərini tələbələrlə bir araya gətirmək, CEO-ların uğur hekayələrini bölüşmək, həmçinin tələbələri ölkədə fəaliyyət göstərən aparıcı qurumlar, onların iş prinsipləri və işə qəbul prosesləri ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində ADA Universitetində keçirilən əvvəlki görüşdə ümumilikdə 90 tələbə iştirak edib və tədbir böyük maraqla qarşılanıb.

Layihənin davamı olaraq keçirilən budəfəki görüşdə “Senior Talks”da  iştirakçısı olan 12 tələbə, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun bir neçə rəhbər şəxsi iştirak edib. Səmimi mühitdə keçən səhər yeməyi zamanı tələbələr onları maraqlandıran suallarla Aydın Veysəloğluna və şirkətin rəhbər heyətinə müraciət ediblər.

Görüş zamanı tələbələrlə karyera inkişafı, liderlik bacarıqları, biznes mühiti,eləcə də real iş təcrübəsinə dair fikir mübadiləsi aparılıb. İştirakçılar əvvəlki görüşdə əldə etdikləri bilikləri daha da dərinləşdirmək, birbaşa ünsiyyət vasitəsilə praktiki tövsiyələr almaq imkanı qazanıblar.

Qeyd edək ki, “Senior Talks” proqramı akademik mühitlə biznes sektoru arasında körpü rolunu oynayaraq, tələbələrin peşəkar inkişafına mühüm töhfə verir. Bu kimi görüşlərin davamlı təşkili gənclərin real biznes dünyası ilə daha yaxından tanış olmasına və gələcək karyera seçimlərini daha düzgün istiqamətləndirməsinə xidmət edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR