"Uzunmüddətli inkişaf proqramı hazırlayırıq" - REKTOR

21 iyul, 2020 14:50

“Dünya trendləri onu göstərir ki, 1960-cı illərdən sonra, 80-ci illərdən indiki dövrə qədər texniki universitetlər kifayət qədər elmi tədqiqatlara daha çox aludə olublar. Bəzən onlar praktiki imkanlardan biznesə inteqrasiyadan geri qalıblar. Bu nöqsanlar Texniki Universitetdə də öz əksini tapıb”.

Azsiyasət.com xəbər verir ki, bunu onlayn mətbuat konfransında Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev bildirib. Rektor deyib ki, AzTU-da islahatlara başlayanda əsasən hər hansı strateji plan hazırlamağı düşünüb:

“Amma universitetdəki real vəziyyəti görəndə iki istiqamətdə reformaların aparılmasını qarşşıya məqsəd qoydum. Birinci məqsəd reformaların aparılması üçün universitetdə bəzi sağlamlaşdırma mühitinin yaradılması idi. Çünki universitetdə kifayət qədər ciddi problemlər var idi. Bu problemlərin həll olunması və bilavasitə hər hansı bir strateji planın hazırlayıb tətbiqinə başlamaq çox riskli olardı. Bu baxımdan bir il ərzində universitetdə sağlamlaşdırma işlərinin aparılması üçün sərf etməyi düşündüm. Sonrakı uzunmüddətli – 2021-2030-cu ilə qədər olan strategiyamızın inkişafı üçün kifayət qədər şərait yarada bilmişik. İslahatlar üçün müəyyən bəlli baza şərtləri olmalıdır. O baza şərtləri üçün də bəzi problemlər həll olunmalıdır”.

Rektor deyib ki, universitetdə problemlər instusional, təşkilati problemlər idi: “Burada akademik və inzibati struktur kifayət qədər şişmiş vəziyyətdə idi, yəni daha çox qeyri-effektik şəkildə formalaşıb. Hətta Azərbaycanda orta səviyyədə Texniki universitetlərlə müqayisədə həm inzibati, həm də akademik struktur kifayət qədər böyük görünür. Tədrisin keyfiyyəti və qiymətləndirilməsində də ciddi problemlər var idi. Bunlar tələbə-müəllim münasibətlərinin də kifayət qədər normal olmadığına işarədir. Səmərəlilik göstəriciləri digər universitetlərlə müqayisədə aşağıdır. Ən azından illik qəbulun səviyyəsinə baxılanda həm bakalavr, həm də magistratura səviyyəsində təxminən 28 faizə qədər qəbul planı ortada olmayıb.

Eyni zamanda, Texniki Universitet kifayət qədər ciddi müəllim potensialına malikdir, onlar həm qocaman, həm orta yaşlı, həm də cavan müəllimlərdir. Düşünürəm ki, Texniki Universitetdə müəllim heyətinin də imkanlarından optimal istifadə edilməklə bağlı problemlər var. Tədqiqat, tədris və bunların sənayeyə inteqrasiyası ilə bağlı universitetdə ciddi problemlər var ki, bunları da həll etməliyik. Bu istiqamətdə problemlərin həlli ilə bağlı bir il ərzində ilkin sağlamlaşdırma hədəfləri var. Bu məsələ istiqamətində olan işlər qısamüddətli işlərdir. Qısamüddətli işlərin aparılması ilə bağlı bir il ərzində işlər görülüb. Hazırda uzunmüddətli proqramı hazırlayırıq, yekunlaşmaq üzrədir. 2021-ci ildən uzunmüddətli hədəflərə istiqamətlənmiş planların icrasına başlanılacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR