Mirqafar Seyidov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
14 noyabr, 2020 13:30
Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
Azsiyasət.com xəbər verir ki, bu barədə Daxil İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə M.Seyidov Nəqliyyatda Baş Polis idarəsinin rəisi təyin olunub.
Xatırladaq ki, bu idarənin keçmiş rəisi, general-mayor Emin Şəkinski bu ilin oktyabrında vəfat edib.